Gürcüstanda azərbaycanlıların yaşadığı 4 kənddə su yoxdur, azərbaycanlı deputat isə bunu təkzib edir

Xəbərin çap versiyası
Tarix: 11-06-2019, 22:26    |    Xəbər oxunub: 524 dəfə
Gürcüstanda azərbaycanlıların yaşadığı 4 kənddə su yoxdur, azərbaycanlı deputat isə bunu təkzib edir


Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda 4 kəndinin sakinləri bir neçə aydır içməli su problemindən əziyyət çəkirlər.



Bunu "Report”un Gürcüstan bürosuna "Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgər bildirib.

Onun sözlərinə görə, Dəmyə-Gorarxı, Kirovka, Axlılələ və Yuxarı Saral kəndləri içməli su ilə təmin olunmur: "Bu kəndlərin içməli su ilə təminatı üçün 1,3 milyon lari vəsait xərclənib. Lakin susuzluq problemi hələ də qalmaqdadır. Kranlardan hava gəlir. Sakinlər məcbur qalıb bulaq və kanal suyundan istifadə edirlər”.

Ə.Əsgər qeyd edib ki, kənd sakinləri problemin qısa müddət ərzində aradan qaldırılmayacağı təqdirdə etiraz aksiyası keçirmək niyyətindədir.

Məsələyə münasibət bildirən hakim Gürcü Arzusu Partiyasının Maneulidən olan deputatı Ruslan Hacıyev "Report”a açıqlamasında adıçəkilən kəndlərdə içməli su ilə bağlı problemin olmadığını söyləyib: "Dəmyə-Gorarxı ərazi vahidliyində içməli su problemi yoxdur. Yay aylarında suya olan tələbat artıdığından, ola bilsin ki, hansısa evlərdə su gəlməsin. Həmin ərazidə qəbirstanlıqda su problemi var idi və ora da su çəkildi. Əgər içməli su ilə bağlı hər hansı bir narahatlıq yaşanırsa, yerli bələdiyyə onu həll etməyə hazırdır və biz də onların yanındayıq”.

Deputatın sözlərinə görə, Marneulidə içməli su ilə bağlı əsas problem Algeti ərazi vahidliyinə daxil olan kəndlərdə mövcuddur: "Problemin aradan qaldırılması üçün hökumət 4 milyon laridən çox vəsait ayırıb və yaxın zamanda su təminatı məsələsi həllini tapmalıdır”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Gənclər üçün növbəti festival keçirilib -

Gənclər üçün növbəti festival keçirilib - FOTOLAR

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Prezident 6 hərbçiyə general rütbəsi verdi -

Prezident 6 hərbçiyə general rütbəsi verdi - SƏRƏNCAM

Lənkəran universitetində hava çatışmazlığı:

Lənkəran universitetində hava çatışmazlığı: 7 tələbə qız xəstəxanalıq oldu

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu -

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu - FOTOLAR

Şirməmməd Hüseynov vəfat etdi

Şirməmməd Hüseynov vəfat etdi

Gəncədə

Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə başlayıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

Azercell-dən #Hədiyyə

Azercell-dən #Hədiyyə

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur