Deputat Əflatun Amaşov Saatlıda seçicilərlə görüşüb

Xəbərin çap versiyası
Tarix: 12-06-2019, 11:31    |    Xəbər oxunub: 525 dəfə
Deputat Əflatun Amaşov Saatlıda seçicilərlə görüşüb


İyunun 11-də Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Saatlı rayonunda seçicilərin bir qrupunu qəbul edib.

Qəbulda rayon sakinləri əsasən sosial, səhiyyə məsələləri ilə bağlı üzləşdikləri vəziyyətə dair deputata məlumat veriblər. Qaldırılan problemlər içərisində müxtəlif şəxslərə məxsus pay torpaqlarını əkib-becərən şəxslərin dövlət dəstəyi ala bilmək üçün qarşılaqdıqları maneələr də diqqətə çatdırılıb. Bununla əlaqədar olaraq müvafiq hüquqi prosedurların yerinə yetirilməsinin vacibliyi vurğulanıb, mövcud istiqamətdə tövsiyələr verilib.

Qəbulda həmçinin vətəndaşların əfv məsələri, torpaq mübahisələri ilə bağlı üzləşdikləri durumlar nəzərdən keçirilib. Onlardan ərizələr alınıb, habelə həlli yerindəcə mümkün olan məsələlərlə əlaqədar tapşırıqlar verilib, bir sıra problemləri aradan qaldırılması isə nəzarətə götürülüb.

Ə.Amaşov eyni zamanda deputatı seçildiyi 62 saylı Saatlı seçki dairəsinə daxil olan bir sıra kəndlərdə də olub, kənd sakinləri ilə görüş keçirib. Deputat Əbilkənd kəndində yenicə istifadəyə verilmiş və müasir standartlara cavab verən uşaq bağçası ilə tanış olub. Uşaq bağçasının təkcə bu kəndə deyil, eyni zamanda ətraf kəndlərə də xidmət etmək potensialının olduğu önə çəkilib. Həm Əbilkənd kəndində, həm də Sarıcalar və Cəfərxan kəndlərindəki görüşlərdə kənd

təsərrüfatı məsələləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, ümumən Saatlı rayonunu su azlığından əziyyət çəkir, əkin sahələri lazımi qaydada su ilə təmin olunsa, məhsuldarlıq daha da artar. Deputat məlumat verib ki, hazırda Kür çayından uzunluğu 17 kilometr olacaq kanalın çəkilməsi prioritet əhəmiyyət daşımaqdadır. Bununla əlaqədar ölkə rəhbərliyinə müraciət ünvanladığını diqqətə çatdıran Ə.Amaşov məsələnin tezliklə həllini tapacağına əminliyini vurğulayıb.

Görüşlərdə bələdiyyələrin işinin effektivliyinin artırılmasına da toxunulub. Mövcud istiqamətdə kənd sakinləri ilə ətraflı fikir mübadiləsi aparılıb.

Deputat Əflatun Amaşov Saatlıda seçicilərlə görüşüb





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Gənclər üçün növbəti festival keçirilib -

Gənclər üçün növbəti festival keçirilib - FOTOLAR

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Prezident 6 hərbçiyə general rütbəsi verdi -

Prezident 6 hərbçiyə general rütbəsi verdi - SƏRƏNCAM

Lənkəran universitetində hava çatışmazlığı:

Lənkəran universitetində hava çatışmazlığı: 7 tələbə qız xəstəxanalıq oldu

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu -

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu - FOTOLAR

Şirməmməd Hüseynov vəfat etdi

Şirməmməd Hüseynov vəfat etdi

Gəncədə

Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə başlayıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

Azercell-dən #Hədiyyə

Azercell-dən #Hədiyyə

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur