İnternet resurslarında milli maraqlar: Sumqayıtda müzakirə

Xəbərin çap versiyası
Tarix: 13-06-2019, 16:36    |    Xəbər oxunub: 531 dəfə
İnternet resurslarında milli maraqlar:


Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “İnternet informasiya resurslarında milli maraqlar və vətəndaş təhlükəsizliyinin qorunması” layihəsi çərçivəsində növbəti ictimai müzakirəni Sumqayıt şəhərində keçirib.

Sumqayıt şəhər Tarix Muzeyində baş tutan ictimai müzakirədə rayon icra hakimiyyətinin nümayəndəsi, ictimaiyyətin və QHT-lərin nümayəndələri, fəal gənclər, KİV təmsilçiləri, bloggerlər iştirak edib. İctimai müzakirədə vətəndaş təhlükəsizliyi – fərdi hüquqlar və o hüquqlara qarşı qəsdin nəticəsində yaranan cəzalar, onların yaratdığı məhdudiyyətlər haqqında, internet resurslarının imkanları və bu imkanlardan istifadə qaydalarından söz açılıb.

Təşkilatın sədri Rəfail Becanov tədbiri açaraq həyata keçirilən layihənin məqsədindən və müzakirəyə çıxarılan mövzunun əhəmiyyətindən danışıb: “Reallıqdır ki, hazırda müxtəlif internet platformalarına nəzarət imkanları mümkün deyil. Bu platformalarda sui-istifadə halları artmaqda davam edir. Fərdi maraqlar ictimai maraqları, o cümlədən toplumun və vətəndaşın təhlükəsizliyini üstələyir. Bu isə ölkənin informasiya təhlükəsizliyinə və milli maraqlara zərbə vurur. Hesab edirik ki, vətəndaş cəmiyyətinin əsas fəaliyyətlərindən biri də bu kimi hallara qarşı ictimai maarifləndirmə aparmaq və milli maraqların müdafiəsi, təşəbbüslərin dəstəklənməsində və ictimai müqavimətin təşkil olunmasında gənclərin səfərbərliyinə çalışmaqdır”.

Layihənin eksperti, jurnalist Vilayət Muxtar isə çıxışında deyib ki, internetdən sui-istifadə etməklə, milli maraqlara, ölkənin imicinə zərər vurmaq cəhdi yolverilməzdir: “Xüsusən xarici müdaxilə daha aktualdır. Bu gün təkcə "İnstaqram", “Facebook” və "YouTube"dən istifadə etməklə ölkə daxilində 4 milyondan, dünyada isə 100 milyonlarla insana informasiya ötürmək mümkündür. Təbii ki, burada diqqət edilməsi gərəkən önəmli məsələ həmin informasiyanın doğruluq payının nə qədər olması, ölkənin təhlükəsizliyinə vurduğu zərbə, milli maraqlara uyğun olub-olmaması və ictimai fikrinin hansı istiqamətə yönləndirilməsidir”.

Layihənin digər eksperti, AMEA-nın əməkdaşı Mehriban Sadıqova da çıxış edərək sosial şəbəkələrdə yayılan yanlış informasiyaların ictimai fikrə təsirindən danışıb. O, qeyd edib ki, xüsusi diqqət ayrılması vacib olduğu məsələlərdən biri də sosial şəbəkələrdə yayılan yalan, yanlış informasiyaların ictimai fikrə təsirini minimuma endirməkdir. Bunun üçün vətəndaş cəmiyyətinin bu məsələdə iştirakı vacibdir. İctimai müzakirədə iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin humanitar və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov da çıxış edərək ölkənin tale yüklü məsələlərinin sosial şəbəkələrdə yetərincə təbliğ olunmadığını deyib:

“Azərbaycanın torpaqlarının 20 faizi işğal altında olduğu bir zamanda, Qarabağ probleminin dünyaya çatdırılması və ədalətli həlli üçün internet resurslarından istifadə imkanları varkən, milli təşəbbüslərlə çıxış etmək, informasiya siyasətinə dəstək vermək əvəzinə bu resurslardan milli maraqların əleyhinə istifadə edilməsi, toplumun və vətəndaşın təhlükəsizliyini yönələn fəaliyyət yolverilməzdir”.

Daha sonra Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İB-nin sədri Səbinə Kərimova və digər QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri çıxış edərək mövzu ətrafında öz fikirlərini bildiriblər.

İnternet resurslarında milli maraqlar:
İnternet resurslarında milli maraqlar:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Gənclər üçün növbəti festival keçirilib -

Gənclər üçün növbəti festival keçirilib - FOTOLAR

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Prezident 6 hərbçiyə general rütbəsi verdi -

Prezident 6 hərbçiyə general rütbəsi verdi - SƏRƏNCAM

Lənkəran universitetində hava çatışmazlığı:

Lənkəran universitetində hava çatışmazlığı: 7 tələbə qız xəstəxanalıq oldu

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu -

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu - FOTOLAR

Şirməmməd Hüseynov vəfat etdi

Şirməmməd Hüseynov vəfat etdi

Gəncədə

Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə başlayıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

Azercell-dən #Hədiyyə

Azercell-dən #Hədiyyə

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur