Eldar Sabiroğlu oğlundan imtina etdi


Eldar Sabiroğlu oğlundan imtina etdi


Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.

E.Sabiroğlu bununla bağlı oğluna məktub yazıb. O, məktubunda oğluna artıq onun atası olmadığını deyib, hətta cənazəsinə belə gəlməməyini tapşırıb.

Məktubu Rüfət Səfərov özünün Facebook səhifəsində yayıb.

Qeyd edək ki, R.Səfərov keçmiş müstəntiqdir. O, prokurorluq orqanlarındakı fəaliyyətə etiraz edərək işdən ayrılmış, daha sonra isə həbs edilmişdi. Uzun müddət həbsdə qalan R.Səfərov ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxmışdı.

Eldar Sabiroğlunun oğlundan imtina məktubunu təqdim edirik.

Eldar Sabiroğlu oğlundan imtina etdi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu