Yaddaşımızda qalan GƏLİNCİK... – Mələk Siyaraya ithaf olunur

Xəbərin çap versiyası
Tarix: 17-06-2019, 16:22    |    Xəbər oxunub: 679 dəfə
Yaddaşımızda qalan GƏLİNCİK... –


Qrup yoldaşımız Elçinin oğlunun ad günündə iməkləyə-iməkləyə bir mələk gəzirdi evin içində. Hamının diqqəti onda idi, şirinliyi, mehribanlığı ilə hər birimizi ovsunlamışdı.



O da qrup yoldaşımın balası idi – Vüqarın. Vüqarı 2003-cü ildən tanıyıram. Bir qrupda oxumuşuq. Mən onu həmişə gülərüz, şən görmüşəm. Xeyrimiz də, şərimiz də bir olub. Əvvəl xeyir işinə sevindik. Ailə qurdu, bir övladı dünyaya gəldi. Adını Murad qoydu. Sonra da mələk Siyarası gəldi dünyaya. Elçingildə şirin-şəkərliyi ilə bizi cəlb edən, balaca gəlinciyə oxşayan Siyara...

3 gün əvvəl aldığım o məşum xəbərdən bəri üzü gözlərimin önündən getmir. Yaddaşımızda üzügülər mələk olaraq da qalacaq. Siyaranı Allah bir mələk kimi apardı bu dünyadan – məsum, günahsız bir mələk kimi öz Cənnətinə sakin etdi. Bu da bir qismət idi. Gəldi, getdi. Vuqarın mələk qızı bədbəxt hadisə zamanı gözlərini əbədi yumdu. Gedişi Vüqarı və əzizlərini pərişan etdi, sarsıltdı. Biz bir atanın ah-nalə çəkərək ağı deməsini eşitdik. Qucağında kəfənə bürünmüş balasını evdən çıxardan ata gördük. Mələyini əli ilə məzara qoyan acılı bir insanın “Mənim balaca mələyim, səni öz əlimlə məzara qoydum, indi burdan evə necə gedim?” deyə naləsinin şahidi olduq. Məhv olduq... Çökdük Vüqarla bərabər... O dəhşətli mənzərəni ilk dəfə görürdüm. Gözümüz kor, qulağımız kar olardı. Kaş son olsun, heç bir ana-ata o dəhşəti yaşamasın. Səbir sözü çox acizdi. Təskinlik verməyə kəlmə yoxdur. İçimiz yanır, ürəyimiz qan ağlayır. Allah heç bir valideyinə bala dağı verməsin. Ağır dərddir... Dərdinə şərikik, qardaş. Başın sağ olsun. Biləsən ki, daha üç qızın var: Nərgiz, Şəms, Qəmər. Allah sənin Muradını və bütün balaları qorusun!

Qardaşın Səbuhi Qafarov

Yaddaşımızda qalan GƏLİNCİK... –


Yaddaşımızda qalan GƏLİNCİK... –


Yaddaşımızda qalan GƏLİNCİK... –

Yaddaşımızda qalan GƏLİNCİK... –


Yaddaşımızda qalan GƏLİNCİK... –






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

Həftəsonu hava necə olacaq?

Həftəsonu hava necə olacaq?

Fransada G7 sammiti başlayır

Fransada G7 sammiti başlayır

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb:

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb: Fabrik, otel, zavod...

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Arif Alışanovun qardaşı işdən çıxarıldı -

Arif Alışanovun qardaşı işdən çıxarıldı - Yeni təyinatlar

Hirkan Milli Parkında yanğın söndürüldü

Hirkan Milli Parkında yanğın söndürüldü

UEFA “Qarabağ”ı cərimələdi

UEFA “Qarabağ”ı cərimələdi

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı -

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı - SİYAHI+FOTOLAR

Şəhidin qardaşı intihar edib

Şəhidin qardaşı intihar edib

Könüllülər “Bakubus”da olublar -

Könüllülər “Bakubus”da olublar - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur