Təhsil Nazirliyi nə zaman hərəkətə keçəcək? – Yarıdağılmış məktəbin bu il təmiri nəzərdə tutulur, amma…


Təhsil Nazirliyi nə zaman hərəkətə keçəcək? –


Bərbad vəziyyətdə olan Tovuz rayon Köhnəqala kənd orta məktəbinin əsaslı təmiri məsələsi gündəmdədir. Təhsil Nazirliyindən bildirilib ki, bu il dövlət proqramında bu təhsil müəssisəsinin binasının müasir standartlara uyğun bərpası nəzərdə tutulub.



Xatırladaq ki, bir neçə ay əvvəl sosial şəbəkələrdə məktəbin binasının hazırki vəziyyəti ilə bağlı paylaşılan fotolar ciddi rezonans doğurmuşdu. Müxtəlif platformalarda məktəbin yarıdağılmış binası, elementar şərait olmayan sinif otaqlarının fotoları on minlərlə sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılmışdı və tənqid hədəfinə çevrilmişdi.

Köhnəqala kənd orta məktəbi 1980-ci ildə istifadəyə verilib və 640 yerlik bu təhsil müəssisəsi ötən 40 il müddətində bir dəfə də olsun əsaslı təmir olunmayıb. Məktəbin istilik sistemi, sanitar qovuşağı ümumiyyətlə mövcud deyil, sinif otaqlarının şüşələri qırılıb, döşəmələr, tavan, divarlar dağılıb, elektrik sistemi bərbad durumdadır. Məktəbin invertarı da uzun illərdir yenilənməyib, partlalar, yazı löhvələri sınıq-saxlaqdır, madd-texniki vəsaitlər yox dərəcəsindədir.

Təhsil Nazirliyi nə zaman hərəkətə keçəcək? –


Vaxtı ilə Azərbaycanın bir çox sahələrinə bacarıqlı kadrlar, mütəxəssislər bəxş edən orta məktəb bu ağır şəraitdə də kollektivin gərgin zəhməti ilə təhsildə yaxşı nəticələr əldə edə bilir, Tovuzda naliyyətləri olan təhsil müəssisələrindən biridir. Amma şəraitin dözülməz olması bir sıra ciddi problemlərə yol açır.

Təhsil Nazirliyi nə zaman hərəkətə keçəcək? –


Artıq tədris müddəti başa çatıb, indi məktəbin kollektivi, şagirdlər, kənd sakinləri məktəb binasının tezliklə təmirinə başlanacağını gözləyirlər. Amma Təhsil Nazirliyi hələ ki, tələsmir, yeni dərs ilinə isə hər gün daha az vaxt qalır…

Təhsil Nazirliyi nə zaman hərəkətə keçəcək? –


Mənbə:Turkustan.info



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu