Xətaidə yararsız vəziyyətə düşmüş su sistemi yenidən qurulur - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 19-06-2019, 15:37    |    Xəbər oxunub: 525 dəfə
Xətaidə yararsız vəziyyətə düşmüş su sistemi yenidən qurulur -


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə içməli su layihələrinin icrasını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq Bakı şəhəri Xətai rayonunda yeni layihələr həyata keçirilir.



“Azərsu”dan AFN-ə verilən məluata görə, bu layihələr çərçivəsində magistral su xətləri çəkilir, məhəllədaxili və binadaxili su təchizatı sistemləri yenidən qurulur. Ötən müddətdə M.Hadi, Sarayevo M.Rüstəmov, S.Ə.Şirvani küçələrində yerləşən binalarin məhəllədaxili su techizati sisteminin yeniden qurulub və ümumi uzunluğu 7,4 km su xətləri çəkilərək sayğaclar quraşdırılıb. Hazırda General Mehmandarov, Əliağa Şıxlinski, Qafqaz, Xudu Məmmədov, Rahib Məmmədov, Cavanşir, Qədir Məmmədov, Çingizxan Kərimov, Sarayevo, Rüstəmov, Əbilov, 1-ci Əhmədli küçələrində yeni su şəbəkələri inşa edilir. Qeyd edək ki, bu ərazilərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olsa da su xətləri uzun müddət istismar olunduğundan yararsız vəziyyətə düşmüşdü. Xüsusilə binadaxili sistemlər könəldiyindən tez-tez qəzalar baş verirdi və normal su təchizatını həyata keçirmək mümkün olmurdu.

Yeni layihə çərçivəsində binaların şaxtalarından keçən və istismar müddətini başa vurmuş su xətləri ləğv edilir. Əvəzində binaların həyətindən keçməklə yeni su xətləri çəkilir və hər bir girişdə siyirtmələr quraşdırılır. Mənzilləri su ilə təmin edən dik dayaqlar pilləkən qəfəslərinə çıxarılır və hər bir abunəçi sayğacla təmin edilir.

Məhəllədaxili su təchizatı sustemlərinin yenidən qurulması ilə yanaşı, yeni magistral və daşıyıcı xətlər də inşa edilir. General Mehmandarov küçəsində tikilən 2,2 km uzunluğunda yeni magistral su xətti Köhnə Günəşli yaşayış massivi və ətraf ərazilərin içməli su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq.

Ümumilikdə Xətai rayonunda icra olunan layihələr çərçivəsində 35 km-dək su xətti çəkiləcək və sayğaclar quraşdırılacaq. Bununla da Bakı şəhərinin şərq hissəsində böyük ərazidə əhalinin içməli su təchizatında stabillik təmin olunacaq. Qeyd edək ki, ötən illərdə Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında mühüm əhəmiyyət daşıyan anbar komplekslərində aparılan yenidənqurma işləri nəticəsində Xətai rayonunun bir hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib.

Xətaidə yararsız vəziyyətə düşmüş su sistemi yenidən qurulur -
Xətaidə yararsız vəziyyətə düşmüş su sistemi yenidən qurulur -
Xətaidə yararsız vəziyyətə düşmüş su sistemi yenidən qurulur -
Xətaidə yararsız vəziyyətə düşmüş su sistemi yenidən qurulur -
Xətaidə yararsız vəziyyətə düşmüş su sistemi yenidən qurulur -





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur