Yaralı əsgərimiz vəfat edib-


Yaralı əsgərimiz vəfat edib-


Azərbaycan ordusu əsgərini itirib.

AFN criminal.az-a istinadən xəbər verir ki, İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər Elnur Əsgərzadə hospitalda dünyasını dəyişib.

O, iyunun 7-də xidmət etdiyi Murovdağ istiqamətində başından güllə yarası alaraq Gəncə şəhərində hospitala yerləşdirilimişdi. On gün komada qalan E.Əsgərzadənin həyatını həkimlər xilas edə bilməyib. O, dünən hospitalda keçinib.

E.Əsgərzadənin hansı şəraitdə güllə yarası alması məlum deyil. Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı hər hansı açıqlama verməyib. Məsələ ilə bağlı Hərbi Prokurorluqdan da məlumat almaq mümkün olmayıb.

Yaralı əsgərimiz vəfat edib-
Yaralı əsgərimiz vəfat edib-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu