“ASAN”ın nailiyyətləri BMT-də qiymətləndirilir

Xəbərin çap versiyası
Tarix: 22-06-2019, 16:35    |    Xəbər oxunub: 527 dəfə
“ASAN”ın nailiyyətləri BMT-də qiymətləndirilir


Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibi Antonio Quterresə “ASAN xidmət”in fəaliyyətinə dair məktub ünvanlayıb. Sözügedən sənəd BMT Baş Assambleyasının sənədi kimi yayılıb.



Məktub Dayanıqlı İnkişaf üçün İnformasiya və Kommunikasiya Texnologiyaları: Cənub-Cənub Əməkdaşlığı, sosial inkişaf mövzuları üzrə BMT Baş Assambleyası Gündəliyinin bəndləri əsasında dərc olunub.

Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi və bütün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması əhəmiyyətli rola malikdir. Bu istiqamətdə 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradılıb.

Məktubda ölkə ərazisində olan 15 “ASAN xidmət” mərkəzində 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən “one-stop-shop” prinsipi əsasında 320-dən çox müxtəlif xidmətin həyata keçirildiyi qeyd olunur. Mərkəzlərdə qabaqcıl informasiya texnologiyaları tətbiq olunur, Azərbaycan və xarici ölkə vətəndaşlarına, eyni zamanda hüquqi şəxslərə dövlət və özəl xidmətləri səmərəli, şəffaf formada göstərilir.

“ASAN” elektron xidmətlərin göstərilməsini sürətləndirir və hazırda “Elektron hökumət” portalında 450 müxtəlif e-xidmət təmin edilir.

Gündəlik olaraq hər bir mərkəz üzrə 3 mindən çox olmaqla, bu günə qədər 30 milyona yaxın müraciətin qəbul olunduğu mərkəzlərin şəbəkəsinə tezliklə beş yeni mərkəzin açılması ilə xidmət coğrafiyası genişləndiriləcək. Statik mərkəzlərdən əlavə səyyar xidmət avtobusları vasitəsi ilə ölkə ərazisi üzrə 2 milyona yaxın əhaliyə xidmət göstərilib.

“ASAN xidmət” dünyada ən yaxşı dövlət xidmətlərinin göstərilməsi mexanizmini həyata keçirdiyi üçün 2015-ci il Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri mükafatına layiq görülüb. Mükafat “ASAN”ın vətəndaşyönümlü, müasir, şəffaf, innovativ və əlçatan dövlət xidmətlərinin göstərilməsi mexanizmi üzrə beynəlxalq nümunəvi modeli kimi tanınması əsasında verilib.

“ASAN” İndoneziya, Monteneqro, Mərakeş, Uqanda və Özbəkistanda fəaliyyət göstərən oxşar beynəlxalq agentlik və qurumlarla fəal əməkdaşlıq edir.

24-26 iyun 2019-cu il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş

Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirəcək. “Səmərəli Dövlət Xidmətlərinin Çatdırılması, Hesabatcıl İnstitutlar və İnnovativ Transformasiya vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması” adlı forumda səmərəli xidmətlərin göstərilməsi və 2030 Gündəliyinin kəsişən əsas prinsipi olan, heç kim kənarda qalmadan Dayanıqlı İnkişaf Məqsədlərinə keçid üçün dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirə platforması yaradılacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur