Azərbaycana məxsus tarixi sənədlər tapıldı - Nadir şah çariçaya iki məktub yazıbmış

Xəbərin çap versiyası
Tarix: 25-06-2019, 12:41    |    Xəbər oxunub: 665 dəfə
Azərbaycana məxsus tarixi sənədlər tapıldı -


Şərqşünas Vüsal Hətəmov Kazan arxivində Azərbaycanla bağlı tarixi materialların araşdırılmasına böyük ehtiyac olduğunu bildirib



Azərbaycanlı şərqşünas, AMEA-nın şərqşünaslıq institutunun dissertantı Vüsal Hətəmov Kazanda Azərbaycan elmi üçün nadir əlyazmaları tapıb.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən şərqşünas, araşdırmaçı-yazar nadir sənədləri "Nəsimi - 650 il" tədbiri ilə bağlı Tatarıstanın paytaxtına səfəri zamanı əldə etdiyini söyləyib. Səfər zamanı o, Kazan Federal Universitetinin Əlyazmaları Fonduna baş çəkib. Oradaki arxiv materiallarla 4 günlük tanışlıq zamanı Vüsal Hətəmov Nadir şahın rus çariçasına yazdığı iki məktub, Qacarlar dövrünün fərmanları, Nizami Gəncəvinin müəllifi olduğu "Sirlər xəzinəsi" və "Yeddi gözəl" poemalarının müvafiq olaraq 1533-cü və 1611-ci ilə məxsus surətləri, 1644-cü ildə dünyasını dəyişmiş Mövlanə Yusif Qarabağiyə aid əsər və 1350-ci ilə təsadüf edən "Əxlaqi-Nasiri" əlyazmasını üzə çıxara bilib.

Vüsal Hətəmov Kazan arxivində Azərbaycanla bağlı tarixi materialların araşdırılmasına böyük ehtiyac olduğunu bildirib. Bu yöndə fəaliyyətini davam etdirmək istədiyini, bunun üçün AMEA-nın müvafiq qurumuna rəsmi müraciət edəcəyini söyləyib. Vüsal Hətəmov həmçinin qeyd edib ki, bu əlyazmaları arasında Azərbaycan elmi üçün əhəmiyyəti baxımından Nadir şahın məktubu, Qacarlar dövrünə aid fərmanlar, ən əsası isə görkəmli şərqşünas-alim, AMEA-nın şərqşünaslıq institutunda kafedra müdiri işləyən Məsiağa Məhəmmədinin uzun illər tədqiqat işlərindən olan Mövlanə Yusif Qarabağiyə aid "Nəhcül-bəlağə" kitabının tapılmasıdır. Vüsal Hətəmov bildirib ki, o, araşdırma zamanı hər gün dissertasiya rəhbəri Məsiağa Məhəmmədi ilə əlaqə saxlayır, müvafiq məsləhətlər alırmış. Məsiağa Məhəmmədi Yusif Qarabağiyə aid bir neçə əsər haqda dövri mətbuatda məlumat verdiyini, Kazandakı əlyazmasının isə həm özü üçün, həm də Azərbaycan elmi üçün yeni olduğunu qeyd edib.

Azərbaycana məxsus tarixi sənədlər tapıldı -
Azərbaycana məxsus tarixi sənədlər tapıldı -





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur