Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir


Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir


İyunun 25-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov Bakıda səfərdə olan Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Katibliyinin rəhbəri Mixail Kaşubski ilə görüşüb.



Qonağı salamlayan Akademiya rəisi İNCU ilə Akademiya arasında mövcud əlaqələrdən söz açıb. Qulu Novruzov beynəlxalq əlaqələrin prioritet olduğunu bildirərək, Akademiyanın beynəlxalq qurumlarla, o cümlədən İNCU ilə əməkdaşlığının vacibliyini önə çəkib. Akademiyada “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisasları üzrə mütəxəssislərin hazırlandığını deyən Qulu Novruzov cari tədris ilindən “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə qəbulun həyata keçirildiyini, eyni zamanda ilk dəfə olaraq bu tədris ilindən magistratura səviyyəsinə qəbulun aparıldığını diqqətə çatdırıb. Akademiya rəisi Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Ümumdünya Gömrük Təşkilatının bu yaxınlarda Bakıda keçirilən sərgi və konfransından söz açaraq, bu tədbirin beynəlxalq əməkdaşlıq üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Mixail Kaşubski səmimi qəbula görə təşəkkür edərək, Akademiyada həyata keçirilən yeniliklərdən məmnun qaldığını bildirib. İNCU-nun Akademiya ilə əməkdaşlığının davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qonaq Akademiyada İNCU mərkəzi ilə, IV kurs tələbələrinin buraxılış işlərinin ilkin müdafiəsi və Akademiyada ixtisasartırma kurslarına cəlb olunan gömrük əməkdaşlarının təlim prosesi ilə tanış olub.

Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir
Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu