Azay Quliyevin işçisi Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına aldı- FOTO


Azay Quliyevin işçisi Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına aldı-


İstanbulda keçirilən bələdiyyə seçkilərinin Azərbaycanda da böyük maraqla izlənməsi sirr deyil. Hətta azəraycanlı seyrçilər arasında bölünmə də diqqətdən yayınmadı. Hər kəs öz dəstəklədiyi namizədin qələbəsini gözləyərkən sonda sevinən İmamoğlu tərəfdarları oldu. Onlar arasında da sevincinin səbəbləri müxtəlif olanlar vardı desək, yanılmarıq. Kimisi İstanbuldakı demokratik seçkidən vəcdə gəldi, kimisi Türkiyədə hakimiyyət dəyişikliyinin olacağını proqnozladı.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının orqanı olan "Vətəndaş Cəmiyyəti" jurnalının baş redaktoru Səfər Alışarlı isə bu seçkilərdən "ehtizaza gəlib" desək, nəinki yanılmarıq, hətta sözün düzünü demiş olarıq. AFN-ə S.Alışarlı ilə bağlı maraqlı məlumat verən mənbənin sözlərinə görə, o, İstanbul seçkilərinin nəticələri haqda fikir yürüdərkən böyük siyasi səhvə yol verib. Belə ki, QHT Şurasının rəsmi orqanına rəhbərlik edən S.Alışarlı sosial şəbəkələrdə Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına alan status paylaşıb. Həmin statusu olduğu kimi təqdim edirik: "İstanbul bir daha göstərdi ki, ölkədə bütün problemlərin açarı həqiqi seçkilərdir. Sağ əli bizə tərəf olsun gözəl İstanbulun!"

Azay Quliyevin işçisi Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına aldı-


Maraqlıdır ki, baş redaktor yazdığı statusu bir neçə dəqiqədən sonra silib. Buna səbəb isə iddiaya görə, məsələnin prezidentin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənova çatmasıdır. Mənbəmiz bildirir ki, Ə.Həsənov S.Alışarlıya ciddi irad bildirib: "Nəinki irad bildirib, hətta onu ağır sözlərlə təhqir edib. Səfər müəllim də üzr istəyərək statusu silib. "Vətəndaş Cəmiyyəti" jurnalı bildiyiniz kimi, QHT Şurasının rəsmi orqanıdır. Jurnalın baş redaktorunun bu düşüncədə olması rəhbərlikdən qaynaqlana bilər. Mümkündür ki, QHT Şurasının rəhbər şəxsləri arasında İstanbul seçkilərindən ehtizaza gələn daha başqaları da var və kluarlarda gedən söhbətlərin təsiri altında Səfər müəllim belə bir status yazıb. Çox böyük ehtimalla yaxın günlərdə o işindən kənarlaşdırılacaq. Bu olayın hətta QHT Şurasının sədri Azay Quliyevin də başını ağrıdacağı müzakirə mövzusudur".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Azay Quliyevin işçisi Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına aldı-
Azay Quliyevin işçisi Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına aldı-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu