Təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı rüsumlar təsdiqləndi - RƏQƏMLƏR


Təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı rüsumlar təsdiqləndi -


Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclasında “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik layihəsi III oxunuşda müzakirə edildi.



Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli layihə barədə qısa məlumat verdi. Bildirdi ki, təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyənləşib. Belə ki, qanun layihəsinə təklif olunan 32-1 maddəsinə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 2000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 5000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 12000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 12000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 12000 manat dövlət rüsumu tutulacaq.

Qeyd edək ki, bundan əvvəl akkreditə ilə bağlı daha yüksək məbləğ təklif edilsə də, deputatların etirazları nəzərə alınmaqla məbləğ aşağı salınıb.

Layihə səsə qoyularaq qəbul edildi. (Musavat.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu