Zərdab rayonunda şəhidin məzarı abadlaşdırıldı - FOTOLAR


Zərdab rayonunda şəhidin məzarı abadlaşdırıldı -


Zərdab rayonundan olan tanınmış iş adamı Vəfa Muradzadə şəhid İsgəndərov Xəzani Nizami oğlunun məzarını abadlaşdırıb.



Dünən Zərdab ictimayiyyətinin nümayəndələri və iş adamı Vəfa Muradzadə şəhidin məzarını ziyarət ediblər.

Şəhidin ruhuna Qurani-Kərim oxunub, dualar edilib. Vəfa Muradzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti Zərdab rayon bölməsinin əməkdaşları və şəhidin ailə üzvləri N.İsgəndərovun ruhuna hörmət əlaməti olaraq məzarına gül dəstələri qoyublar.

Şəhidin anası Pəri xanım Vəfa Muradzadəyə öz təşəkkürlərini bildirib.

"Mən bunu kiməsə xoş getsin üçün etməmişəm bu mənim insanlıq borçumdur. Şəhidlərimiz torpaqlarımız üçün döyüşüb şəhidlik zirvəsinə ucalıblar.Allah rəhmət eləsin. İnəşallah, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunacaq və şəhidlərimizin də ruhları şad olacaq", - deyə Vəfa Muradzadə bildirib.

Sonra tədbir iştirakçıları şəhid ailəsinə baş çəkiblər.

Coşqun Abdullayev
Avropa.info


Zərdab rayonunda şəhidin məzarı abadlaşdırıldı -
Zərdab rayonunda şəhidin məzarı abadlaşdırıldı -
Zərdab rayonunda şəhidin məzarı abadlaşdırıldı -
Zərdab rayonunda şəhidin məzarı abadlaşdırıldı -
Zərdab rayonunda şəhidin məzarı abadlaşdırıldı -
Zərdab rayonunda şəhidin məzarı abadlaşdırıldı -
Zərdab rayonunda şəhidin məzarı abadlaşdırıldı -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu