Sabaha olan hava proqnozu açıqlanıb


Sabaha olan hava proqnozu açıqlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.



Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, günün birinci yarısında 35-37, günün ikinci yarısında 30-33, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə əsasən şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27 dərəcə isti təşkil edəcək.

Rayonlarda əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti təşkil edəcək

Tibbi-meteoroloji proqnoza əsasən bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyunun 29-u axşamdan iyulun 02-si gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu