“Çinici” ölkə qanunvericiliyinə və dövlət siyasətinə qarşı- şəbəkə nağd ödənişi niyə stimullaşdırır?

Xəbərin çap versiyası
Tarix: 28-06-2019, 16:38    |    Xəbər oxunub: 681 dəfə
“Çinici” ölkə qanunvericiliyinə və dövlət siyasətinə qarşı-


Bu gün nağdsız iqtisadiyyat dünya ölkələrinin inkişafına təsir göstərən mühüm amillərdəndir. Əksər ölkələrdə nağd ödənişlərin məhdudlaşdırılmasına dair qanunlar qəbul edilib. Azərbaycanda da “Nağdsız hesablaşmalar haqqında” Qanunun qəbul edilməsi bundan irəli gəlir və nağd ödənişlərin məhdudlaşdırılması tətbiqi dünya praktikasına tamamilə uyğundur. Qanunun qəbul olunması və tətbiqində əsas məqsəd Azərbaycan Respublikası ərazisində nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatlar və hesablaşmalarda şəffaflığı təmin etmək, vergiyə cəlb olunan dövriyyənin vergi hesabatlarında dəqiq əks etdirilməsinə nail olmaq, vergidən yayınma hallarının qarşısını almaqdır. Qanunun icrasının təmin olunması ödənişlərə dövlət nəzarətinin həyata keçirilməsi, dövlət büdcəsinə ödənilən vəsaitlərin həcminin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
“Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən, bir sıra dövlət orqanları, biznes qurumları və təşkilatlar qarşısında müvafiq tapşırıqların yerinə yetirilməsinə dair tələblər müəyyən edilib, öz fəaliyyətlərini qanunun tələblərindən irəli gələn məsələlərə uyğunlaşdırmaq əsas şərt kimi qarşıya qoyulub.


Lakin bəzi biznes qurumları qanunun tələblərinə məhəl qoymurlar. Bunlardan biri də “Çinici” mağazalar şəbəkəsidir. Belə ki, bu günlərdə yolumuz “Çinici Elmlər”dən düşdüyü üçün buradakı ölkə qanunvericiliyini və dövlət siyasətini ayaqlar altına alan bir xəbərdarlıq diqqətimizi çəkdi. Xəbərdarlıqda bildirilir ki, bank kartları ilə edilən ödənişlərdə müştəri kartına yazılacaq bonuslar yarı faiz kimi hesablanacaq. Yəni, mağazanın müştəri kartına tutaq ki, alver məbləğinin 10 faizi bonus şəklində qayıdırsa, “Çinici Elmlər”dən min manatlıq alver edən müştəri nağdsız ödəniş edərsə bonus 5 faizə düşəcək. Bu, birbaşa nağd ödənişin stimullaşdırılmasıdır. Hansı ki, qanunvericiliklə qadağan edilir. Lakin mağaza müdirinin deyəsən, ölkə qanunlarından xəbəri yoxdur. Belə ki, “Çinici Elmlər”in rəhbəri Samir Qulamovla söhbətimizdə o, qeyd edilən elanın mağaza rəhbərliyinin istəyilə (?) verildiyini və bu prosesin heç kimə dəxli olmadığını bildirdi: “Bu, bizim mağazadır, bizim müştəri kartıdır, heç kimə dəxli yoxdur necə istifadə edirik. Heç bir dövlət siyasətinə qarşı da çıxmırıq, özümüz bilərik kimə neçə faiz bonus veririk. 5 min manatdan yuxarı alver edən müştərilərə alverin 20 faizini qaytarırıq”. S.Qulamovun açıqlamasından da göründüyü kimi, “Çinici” rəhbərliyi ya ölkə qanunlarından xəbərsizdir, ya da qanunlara əhəmiyyət vermir.

“Çinici” ölkə qanunvericiliyinə və dövlət siyasətinə qarşı-


Nağdsız əməliyyatların dövriyyəsinin artırılması dövlətin qarşıya qoyduğu əsas hədəflərdəndir və bu sahədə əksinə təbliğat aparmaq birbaşa dövlət siyasətinə qarşı çıxmaq deməkdir.

Qeyd edək ki, vergilər naziri Mikayıl Cabbarov parlamentdə 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bu məsələyə toxunub. Nazir bildirib ki, mövcud qanunvericilik obyektlərdə POS-terminallar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktlarına görə məsuliyyət tədbirlərini nəzərdə tutmur: “Bu isə bəzi vergi ödəyicilərinə müxtəlif bəhanələr gətirməklə POS-terminallardan istifadədən yayınmağa şərait yaradır. Vergilər Nazirliyi bu məsələ ilə bağlı əvvəllər də qanunvericilik təşəbbüsü ilə çıxış edib. Lakin qurumlararası razılaşdırma prosedurları zamanı bu təşəbbüs dəstəklənməyib. Milli Məclis qanunvericilik təşəbbüsünə malik olan orqandır. Əgər yenə də bu mövzu gündəmə gələrsə, biz yenidən həmin qanun layihəsini təqdim etməyə hazırıq".

HƏBİBƏ






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur