Əhməd Əhmədzadənin oğlunun Çexiyadakı biznesi haqda məlumat yayıldı

Xəbərin çap versiyası
Tarix: 1-07-2019, 00:02    |    Xəbər oxunub: 552 dəfə
Əhməd Əhmədzadənin oğlunun Çexiyadakı biznesi haqda məlumat yayıldı


Araşdırmaçı jurnalist Cavanşir Həsənli Melorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin ailəsinə məxsus varidatla bağlı məlumat açıqlayıb.

AFN xəbər verir ki, jurnalistin özünün sosial şəbəkə hesabında yaydığı məlumatlar kifayət qədər ciddi var-dövlətdən xəbər verir. Məlumatda bildirilir ki, iyunun 4-də Ə.Əhmədzadənin oğlu oğlu Cümə Əhmədzadə Çexiyanın Maliyyə Nazirliyinə bu ölkədəki "Lipno Investment s.r.o." şirkətinin yeni maliyyə sənədlərini təqdim edib. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun kürəkəni olan C.Əhmədzadənin təqdim etdiyi sənədlərə görə, şirkətin 31 dekabr 2018-ci il tarixdə aktivləri 46 milyon 689 min çex kronu və ya təxminən 2 milyon 89 min dollar təşkil edib. Bundan başqa, şirkətin qeyri-maddi mal-varlığı 45 milyon 577 min krona (təxminən 2 milyon dollar), daşınmaz əmlak varlığı 41 milyon 650 min krona (1 milyon 860 min dollar) çatıb.
Xatırladaq ki, "Lipno Investment s.r.o." 2017-ci ildə Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (Elman Rüstəmovun qızı-red.) şərikli sahibi olduqları "ALPS sro" şirkəti (bu şirkətin aktivləri 34 milyon 399 min kron və ya 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib. Şirkət Cümə Əhmədzadənin Çexiya Müdafiə Nazirliyindən 2014-cü ilin mayında aldığı və yenidən inşa etdiyi, ümumilikdə 7 milyon dollara başa gələn "Hurka" hotelini idarə edir. Hotel əsrarəngiz Lipno gölü sahilində yerləşir.

Qeyd edək ki, Əhmədzadələrin İngiltərədə də böyük biznesi var, bu yaxınlarda isə Türkiyədə daha bir şirkət açıb.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Əhməd Əhmədzadənin oğlunun Çexiyadakı biznesi haqda məlumat yayıldı
Əhməd Əhmədzadənin oğlunun Çexiyadakı biznesi haqda məlumat yayıldı
Əhməd Əhmədzadənin oğlunun Çexiyadakı biznesi haqda məlumat yayıldı
Əhməd Əhmədzadənin oğlunun Çexiyadakı biznesi haqda məlumat yayıldı





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur