Mehriban Əliyeva və Leyla Əliyeva konsertdə - FOTOLAR


Mehriban Əliyeva və Leyla Əliyeva konsertdə -


Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib.



Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Sessiya iştirakçılarını salamlayan Birinci vitse-prezidenti bu cür mühüm toplantını qəbul etməyin böyük şərəf olduğunu deyib. Mehriban Əliyeva ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu bildirib.

"Biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun işində uğurla iştirak edirik”, - deyən Mehriban Əliyeva ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını vurğulayıb.

Mehriban Əliyeva çıxışında Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, yüzlərlə tarixi və memarlıq abidəsinin dağıdıldığını söyləyib.

"Sülh mədəniyyətinin toxumları dialoq və qarşılıqlı hörmətlə cücərə bilər”, - deyən Mehriban Əliyeva 2008-ci ildən ölkəmizdə keçirilən və UNESKO-nun da tərəfdaşı olduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışdı, bir daha tədbirin işinə uğurlar arzulayıb.

Sonra UNESKO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li və Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəz Qarayev çıxış ediblər.

Daha sonra müğənni Sami Yusif və Əməkdar artist Sevda Ələkbərzadənin iştirakı ilə konsert proqramı keçirilib.

Mehriban Əliyeva qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birlikdə konserti izləyib.

Mehriban Əliyeva və Leyla Əliyeva konsertdə -
Mehriban Əliyeva və Leyla Əliyeva konsertdə -
Mehriban Əliyeva və Leyla Əliyeva konsertdə -
Mehriban Əliyeva və Leyla Əliyeva konsertdə -
Mehriban Əliyeva və Leyla Əliyeva konsertdə -
Mehriban Əliyeva və Leyla Əliyeva konsertdə -
Mehriban Əliyeva və Leyla Əliyeva konsertdə -
Mehriban Əliyeva və Leyla Əliyeva konsertdə -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu