Bakıda FAO-nun dəstəyi ilə seminar keçirilib


Bakıda FAO-nun dəstəyi ilə seminar keçirilib


Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilən “Torpaqların konsolidasiyası üzrə Milli Strategiyanın hazırlanmasına dəstək və Torpaqların konsolidasiyası üzrə pilot layihə” çərçivəsində torpaqların konsolidasiyasına dair qanun layihəsinin, strategiyanın və Dövlət Proqramının hazırlanması üzrə növbəti seminar keçirilib.



Seminarda Kənd Təsərrüfatı Nazirliyinin, Milli Məclisin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin nümayəndələri, Kənd Qadınları Assosiasiyasının sədri, yerli və xarici ekspertlər iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev bu layihə çərçivəsində pilot rayon kimi seçilmiş Salyanın Şorsulu kəndində görülmüş işlərlə bağlı məlumat verib. Firidun Tağıyev bildirib ki, layihə torpaqların konsolidasiyası üzrə milli strategiyanın, qanun layihəsinin eləcə də müvafiq Dövlət Proqramının hazırlanmasını özündə ehtiva edir. O qeyd edib ki, layihə çərçivəsində bütün aidiyyəti qurumların sıx əməkdaşlıq etməsi vacibdir.

FAO-nun Azərbaycandakı Əlaqələndirmə və Tərəfdaşlıq Ofisinin proqramlar üzrə mütəxəssisi Kaan Başaran Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək layihənin uğurla davam etdiyini diqqətə çatdırıb. FAO-nun Torpaq Mülkiyyəti üzrə əməkdaşı Morten Hartvigsen torpaqların konsolidasiyası layihəsinin hazırkı icra vəziyyəti ilə bağlı təqdimatla çıxış edib.

Beynəlxalq hüquqi məsələlər üzrə məsləhətçi Tomas Versinskas və Hüquq üzrə Milli Məsləhətçi Samir İsayev tərəfindən layihə ilə bağlı beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış torpaqların konsolidasiyasına dair qanun layihəsinin təqdimatı keçirilib.

Təqdimat torpaqların konsolidasiyasının fermerlərə faydaları mövzusunda olub və fermerləri maraqlandıran suallar cavablandırılıb.

Sonda layihə ilə bağlı geniş fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu