ASCO-da ABŞ-dan olan qonaqlarla görüş keçirilib

Xəbərin çap versiyası
Tarix: 4-07-2019, 15:40    |    Xəbər oxunub: 537 dəfə
ASCO-da ABŞ-dan olan qonaqlarla görüş keçirilib


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Amerika Birləşmiş Ştatlarından olan qonaqlarla görüş keçirilib.



Görüşdə 2015-2018-ci illərdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərmiş Robert Sekuta, ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri kontr-admiral Ron Maklaren, Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyev iştirak ediblər.

ASCO sədri Rauf Vəliyev qonaqların diqqətinə çatdırıb ki, Azərbaycanda son illər nəqliyyat sisteminin inkişafı istiqamətində ciddi layihələr həyata keçirilir. Reallaşdırılan layihələr hesabına ölkəmiz sürətlə iri tranzit və logistik mərkəzə çevrilir.

Görüş zamanı beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində ASCO-nun tutduğu mövqe, onun yenilənən donanmalarının fəaliyyəti, Transxəzər Beynəlxaq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində Gəmiçiliyin gördüyü işlər haqqında da qonaqlara ətraflı məlumat verilib. Rauf Vəliyev bildirib ki, Xəzərdə nəqliyyat və ixtisaslaşmış donanmaları ilə dəniz nəqliyyatı xidmətləri göstərən ASCO bir bazardan asılılığı aradan qaldırmaq üçün 2014-cü ildən Qara və Aralıq dənizi hövzəsində də fəaliyyətini bərpa edib.

Qonaqlara məlumat verilib ki, ASCO dünyanın nüfuzlu təsnifat şirkəti olan Amerika Gəmiçilik Bürosu (ABS) və audit şirkəti “Ernst & Young”la da əməkdaşlıq edir. Bu şirkətlərin təqdim etdikləri sertifikat, o cümlədən hazırladıqları hesabatlar şəffaflıq prinsipinə əsasən ASCO-nun rəsmi internet səhifəsində yerləşdirilir.

Ətraflı təqdimat üçün minnətdarlığını bildirən ABŞ-dan olan qonaqlar Azərbaycanın nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsi istiqamətində gördüyü işləri müsbət qiymətləndiriblər.

Sonda qonaqları maraqlandıran suallar da cavablandırılıb.

ASCO-da ABŞ-dan olan qonaqlarla görüş keçirilib

ASCO-da ABŞ-dan olan qonaqlarla görüş keçirilib
ASCO-da ABŞ-dan olan qonaqlarla görüş keçirilib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur