Salyanda su şəbəkəsinin tikintisi üzrə işlərin böyük hissəsi yerinə yetirilib - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 4-07-2019, 16:31    |    Xəbər oxunub: 534 dəfə
Salyanda su şəbəkəsinin tikintisi üzrə işlərin böyük hissəsi yerinə yetirilib -


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir. Salyan şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə su şəbəkəsinin tikintisi üzrə işlərin böyük hissəsi yerinə yetirilib.



Salyan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Salyan şəhərində 35 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihəyə əsasən, Salyan şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilib. Şirvan-Muğan qrup su kəmərindən şəhərə 9 km magistral su xətti çəkilib. 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə Salyan şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib. Şəhərin dayanıqlı su təchizatı məqsədilə tutumu 7500 kubmetr olan su anbarı tikilib. Bununla da, şəhərə özüaxımlı rejimdə içməli suyun verilməsi təmin edilib və istismar tələblərinə cavab verməyən sutəmizləyici qurğunun, həmçinin 3 ədəd nasos stansiyasının fəaliyyəti dayandırılıb. Bundan sonra mərhələlərlə şəhərin daxili şəbəkələrinin yenidən qurulmasına başlanılıb və hazırda bu sahədə işlər yekunlaşmaq üzrədir.

2019-cu ilin dövlət investisiya proqramı çərçivəsində Salyan şəhərində 25 km su xəttinin tikintisi nəzərdə tutulub. Artıq Babacanlı yaşayış massivində 14 km su xəttinin inşası başa çatdırılıb. Yaxın vaxtlarda isə şəhərin mərkəzi hissəsində 11 km su xətti çəkiləcək. Növbəti mərhələdə şəhərin yeni salınmış yaşayış massivində də içməli su layihəsi icra olunacaq.

Ümumilikdə Salyan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhərdə 131 km içməli su və 123 km kanalizasiya şəbəkələrinin yaradılması nəzərdə tutulub. İndiyədək Babacanlı yaşayış massivi və şəhərin mərkəzi hissəsi daxil olmaqla 83 km su şəbəkəsi yaradılıb. Su təchizatı ilə yanaşı, kanalizasiya sistemində də müəyyən işlər görülüb. Ötən müddətdə şəhərin mərkəzi hissəsində 5 km kanalizasiya şəbəkəsi tikilib, mövcud

kanalizasiya nasos stansiyası bərpa edilib və 4,7 km uzunluğunda təzyiqli kanalizasiya xətti yenisi ilə əvəz olunub. Salyan şəhərində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğusu inşa ediləcəkdir.

Qeyd edək ki, yeni layihənin icrasına qədər Salyan şəhərində 1950-70-ci illərdə yaradılmış içməli su təchizatı və kanalizasiya sistemlərindən istifadə olunurdu. Şəhərə içməli su 1972-ci ildə inşa olunmuş sutəmizləyici qurğudan verilirdi. Burada mövcud olmuş 70 km içməli su şəbəkəsi şəhəri tam əhatə etmirdi. Eyni zamanda, sutəmizləyici qurğunun və şəhərdaxili şəbəkənin istismara yararsız vəziyyətə düşməsi səbəbindən əhalinin içməli su ilə təminatında ciddi çətinliklər yaranırdı.

Salyanda su şəbəkəsinin tikintisi üzrə işlərin böyük hissəsi yerinə yetirilib -
Salyanda su şəbəkəsinin tikintisi üzrə işlərin böyük hissəsi yerinə yetirilib -
Salyanda su şəbəkəsinin tikintisi üzrə işlərin böyük hissəsi yerinə yetirilib -
Salyanda su şəbəkəsinin tikintisi üzrə işlərin böyük hissəsi yerinə yetirilib -





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur