Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Xəbərin çap versiyası
Tarix: 6-07-2019, 15:50    |    Xəbər oxunub: 630 dəfə
Yeni nazirdən gözləntilər:


Yeni daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun yol polisi sisteminə əl gəzdirəcəyi, BDYPİ-nin rəisi Ramiz Zeynalovu təqaüdə göndərəcəyi barədə məqalələr yazılır. Düzdür yol polisində problemlər var və çoxdur, lakin bu problemlər heç də BDYPİ-nin rəisi Ramiz Zeynalovdan qaynaqlanmır.

Buna baxmayaraq, hər halda yol polisi sistemində cənab nazirin çox şeyləri dəyişəcəyinə, həm də tezliklə dəyişəcəyinə ümid var. Ən çox da insanlar avtomobil nömrə satşı sahəsində baş verən qanunsuzluqların birdəfəlik aradan qaldırılmasını, sürücülük vəsiqələrinin müvafiq biliyi olanlara, avtomobil nömrələrinin isə “Dövlət rüsumu haqqında” qanunda gösətrilən rüsumlar çərçivəsində verilməsi üçün sərt tədbirlər görülməsini arzu edirlər.

Ölkədə avtomobil nömrələrini verən bir orqan var-Dövlət yol polisi . Amma bu gün internetdə avtomobil nömrələrini hər qiymətə tapmaq mümkündür. Ən adı nömrə 500, ən baha nömrə isə deyilənə görə 200 min manatdır. Bu necə olur? Axı “Dövlət rüsumu haqqında” Qanunda hər şey aydın yazılıb və ən baha nömrənin dövlət rüsumu 2500 manatı keçmir. Bəs reallıqda baş verənlər nədir belə?

Yenilik.Az xəbər verir ki, həmişə ölkə mətbuatında avtomobil nömrələri ilə bağlı yazılan tənqidi yazılarda bir nəfərin -BDYPİ-nin Qeydiyyat və İmtahan şöbəsinin rəis müavini, polis polkovniki Müşfiq Rəhimovun adı keçir . Heç həmin şöbənin rəisinin adını bilən yoxdur, varmı, yoxmu, bilinmir, həmişə M.Rəhimovun adı hallanır. Cənabı isə tapmaq, suallara cavab almaq jurnalistlər üçün asan deyil. Köməkçisinin “Müşfiq müəllim yoxdur” deməyə öyrəşdiyi rəis müavini çox vaxt kabinetində oturub ancaq özü münasib bildiyi şəxsləri qəbul edir, telefonuna isə il uzunu zəng çatmır ki, “niyə vətəndaşların istədikləri seriya və rəqəmlərlə avtomobil nömrəsi almaq müşkülə çevrilir”, niyə bölgələrdə Qeydiyyat və İmtahan şöbələrində maşın addan-ada keçiriləndə, yeni nömrə alanda artıq pul alınır” və s. kimi suallara cavab alaq.

“Polis haqqında” Qanunun 32-ci maddəsi “Polisdə xidmətlə bir araya sığmayan fəaliyyət” adlanır. Həmin maddədə deyilir: Polis əməkdaşı heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz. Lakin cənab Müşfiq Rəhimovun adını Google axtarış sistemində yazanda hardasa obyektlərinin olduğu, kimdəsə pulunun batdığı və s. belə yazılar çıxır. Ən maraqlısı da budur ki, rəis müavini bunların heç biri ilə bağlı indiyədək nə birbaşa, nə də BDYPİ-nin mətbuat xidməti vasitəsilə bir dəfə də olsun təkzib verməyib.

Ona görə də yeni nazirin bu sahədə ciddi kadr islahatları həyata keçirəcəyinə, “zerkalnı nömrələr” sahəsindəki problemləri kökündən və həmişəlik həll edəcəyinə böyük ümidlər var.

Məqalə ilə bağlı mövqe bildirilərsə dərc etməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur