Doha İslam Gənclik Forumu keçirilib - FOTOLAR


Doha İslam Gənclik Forumu keçirilib -


Doha İslam Gənclik Forumu 7 İyul "Gənclik Millətin Gücüdür" şüarı altında İslam dünyasının 56 ölkəsindən gənc nümayəndələrin iştirakı ilə baş tutub.



AFN xəbər verir ki, bu forum "Doha İƏT Paytaxtı 2019" çərçivəsində Mədəniyyət və İdman Nazirliyi və İslam Əməkdaşlıq Gənclik Forumu tərəfindən Qətər Mərkəzi Mədəni və İrs mərkəzində 7 – 11 İyul tarxilərində keçirilib.

5 gün keçirilən Forumda davamlı inkişafa dayanan ən mühim mövzular müzakirə edildi və debat şəklində gənclərin ideyalarını irəli sürməsi və həll yolu tapılmasına cəhdlər göstərilib. Forum 3 mövzu - İdarəetmə və Şəffaflıq Sosial Media davamlı inkişafının mühümlülüyü və Gənclərin davamlı inkişafda öhdəlikləri və rolu istiqamətində olub.

Ümumi şərtlərə əsaslanaraq iştirakçılar 18 –30 yaş aralığını təşkil edib.

9200-dən çox müraciət olunan Foruma Qətər höküməti tərəfindən hər ölkədən bir nəfər seçilmiş, Xəyalə Məmmədova Azərbaycandan nümayəndə olaraq iştirak haqqı qazanıb. O, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin 2019-cu il məzunudur və Universitetdə fəallıq göstərərək bir çox təşkilatlarda və proyektlərdə fəal istirak edib.

Qeyd etmək lazımdır ki, o, 2019-cu ilin mart ayında Hult Prize Baku State Univeristy Campus Director olaraq Dubayda keçirilən 10-cu Hult Prize müsabiqəsində Bakı Dövlət Universitetinin dəstəyi ilə iştirak haqqı qazanıb. O 3 ildir ki Human Foundation təşkilatında PR and Communication menecer olaraq könüllü fəaliyyət göstərir. Human Foundation sosial iqtisadi inkişaf naminə millətindən dilindən cinsiyyətində bilik və bacarığından asılı olmayaraq bütün insanların inkişafı üçün çalışan platformadır.

Doha İslam Gənclik Forumu keçirilib -
Doha İslam Gənclik Forumu keçirilib -
Doha İslam Gənclik Forumu keçirilib -
Doha İslam Gənclik Forumu keçirilib -
Doha İslam Gənclik Forumu keçirilib -
Doha İslam Gənclik Forumu keçirilib -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu