“Keşikçidağ” Azərbaycanındır - Nazirlikdən açıqlama

Xəbərin çap versiyası
Tarix: 19-07-2019, 14:04    |    Xəbər oxunub: 550 dəfə
“Keşikçidağ” Azərbaycanındır -


“Keşikçidağ” mağara-məbədlər kompleksi Azərbaycanın dövlət tarix-mədəniyyət qoruğudur.



Bunu “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, kompleks Azərbaycanla Gürcüstan sərhəd zolağı boyunca 25 km-dək uzanaraq böyük bir ərazini əhatə edir: “Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, sonuncu yaşayış məntəqəsindən 28 km şimal-şərq istiqamətində yerləşir. Mağaralar kompleksi dəniz səviyyəsindən 750-950 metr hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqları əhatə edir.

Qoruq ərazisində 70-ə qədər, yaşı iki min ilə gedib çıxan təbii və süni mağaralar var. Mağaralar kompleksində Qafqaz Albaniyası zamanı keçilməz qayalıqlarda inşa edilmiş 11 metr hündürlüyündə üçmərtəbəli qala, bir-birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi, tarixi atəşpərəstlik çağının yadigarı olan yerli əhali arasında suyu şəfaverici bulaq kimi istifadə edilən “Qüdrət bulağı” adlı inanc yeri var. Mağaralardan 3 km cənubda Son Tunc-Erkən Dəmir dövrünə aid 100-ə yaxın kurqan aşkarlanıb.

Prezident İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Ağstafa rayonun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi Azərbaycan Respublikasının “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğu elan edilib.
Keşikçidağ mağara-məbədlər kompleksi qoruq kimi fəaliyyətə başladığı ilk gündən Mədəniyyət Nazirliyi elmi araşdırmaların aparılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət, Tarix institutları ilə əməkdaşlıq edir”.

Nazirlikdən bildirilib ki, qoruğun tanıdılması və ziyarətçilərin rahatlığını təmin etmək məqsədi ilə bir sıra işlər həyata keçirilib: “Turistlərin qoruğa gedişini asanlaşdırmaq məqsədi ilə yol istiqamət nişanları basdırılıb, abidə haqqında qısa məlumatlar olan yeni lövhələr qoyulub. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu haqqında “Qədim yurdun daş kitabəsi” adlı sənədli film çəkilib. Bundan əlavə 2018-ci ildə “Virtual Keşikçidağ” adlı panoramik turun çəkilişləri istifadəyə verilərək qoruğun veb saytında yerləşdirilib”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

Həftəsonu hava necə olacaq?

Həftəsonu hava necə olacaq?

Fransada G7 sammiti başlayır

Fransada G7 sammiti başlayır

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb:

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb: Fabrik, otel, zavod...

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Arif Alışanovun qardaşı işdən çıxarıldı -

Arif Alışanovun qardaşı işdən çıxarıldı - Yeni təyinatlar

Hirkan Milli Parkında yanğın söndürüldü

Hirkan Milli Parkında yanğın söndürüldü

UEFA “Qarabağ”ı cərimələdi

UEFA “Qarabağ”ı cərimələdi

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı -

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı - SİYAHI+FOTOLAR

Şəhidin qardaşı intihar edib

Şəhidin qardaşı intihar edib

Könüllülər “Bakubus”da olublar -

Könüllülər “Bakubus”da olublar - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur