Yol polisi deputatı özündən çıxardı: “Mənim toxunulmazlıq hüququm var”

Xəbərin çap versiyası
Tarix: 22-07-2019, 10:14    |    Xəbər oxunub: 530 dəfə
Yol polisi deputatı özündən çıxardı:


“Əslində yuxusuzluq problemi çox ciddi bir məsələdir. Qərb ölkələrində, inkişaf etmiş ölkələrdə insanlar üzərində bununla bağlı təcrübələr aparırlar. Burada internetin təsiri varmı, yoxsa gündəlik yediyimiz qidalarla bağlıdırmı? Hələ tam dəqiq nəticə əldə olunmayıb”.



Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

O bildirib ki, bəzən gecə yuxusu gəlməyəndə internetə girir.

“Bununla da istəyirəm ki, yuxum gəlsin , baxıram yuxum daha da qaçıb. Burdan aydın olur ki, internetin də yuxusuzluğa təsiri var. Birmənalı şəkildə həkimlər, psixoloqlar bildirirlər ki, internet çox istifadə olunanda insanın yaddaşına ziyan vurur, nəticədə də yuxusuzluğa gətirib çıxarır. Bu yaxınlarda internetdə aclıq keçirən körpələrin həyatına baxırdım, hələ də gözümün qabağından getmir. İnernet bizi çox yükləyir, az qala dünyanın bütün problemlərini düşünəsən və düşünməli olduqca da insanın yuxusu qaçır”.

Yol polisi deputatı özündən çıxardı:


T.Kərimli düşünür ki, yuxusuzluğun digər bir səbəbi də mühitdir, əsəbi şəraitdir.

“Bu yaxınlarda rayondan qayıdırdım, polis maşınları biz saxlatdırdı,bir nazir yoldan keçməli idi. Mənə qayıdıb deyir ki, kənara çıx. Mənə bu hadisə o qədər pis təsir etdi ki!. Mənim toxunulmazlıq hüququm olduğum halda, sən məni saxlatdırırsan, hesabat tələb edirsən. İnanırsınız qeyr-ixtiyari öz-özümə əsəbləşdim. Mən millət vəkili olsam da, bu cür hallarla qarşılaşanda gərginlik keçirirəm. Hələ adi insanların qayğıları daha çoxdur. Əmək haqqı, pensiya çatışmzzlığı, tibbi xidmətin bahalığı, insanların başqaları tərəfindən təhqir olunması - bu cür hallar o qədər geniş yayılıb”.

Deputat qeyd edib ki, sosializm rejimində hər şeyə ,yaxşıya da, pisə də qadağa qoyulmuşdu.

“Bir hakim ideologiya var idi.Dövlət hər şeyi öz üzərinə götürürdü. O dövrdə qayğılar da az idi. Ancaq kapitalizm hər şeyə icazə verir.Çox təəssüf ki, pislik edənlərin sayı günü- gündən artır”.

T.Kərimli “Mülk Allaha məxsusdur” ifadəsini xatırladaraq əlavə edib:

“Varlı adamların yadına Allah düşmür, yalnız kasıbın yadına düşür.Pul insanları bir-birindən də soyudur. Pulu var, hər şeyi satın almaq istəyir. Ona görə də insanlar arasında inamsızlıq var. İndi pulun hakimiyyəti əmələ gəlib. Karl Marks deyirdi ki, kapitalizm əxlaqsız cəmiyyətdir,çünki müstəsna dərəcədə əxlaqsız olan kapitala söykənir. Cəmiyyətin pula sitayişindən doğan yuxusuzluğun bir səbəbi də pul problemidir”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

Həftəsonu hava necə olacaq?

Həftəsonu hava necə olacaq?

Fransada G7 sammiti başlayır

Fransada G7 sammiti başlayır

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb:

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb: Fabrik, otel, zavod...

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Arif Alışanovun qardaşı işdən çıxarıldı -

Arif Alışanovun qardaşı işdən çıxarıldı - Yeni təyinatlar

Hirkan Milli Parkında yanğın söndürüldü

Hirkan Milli Parkında yanğın söndürüldü

UEFA “Qarabağ”ı cərimələdi

UEFA “Qarabağ”ı cərimələdi

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı -

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı - SİYAHI+FOTOLAR

Şəhidin qardaşı intihar edib

Şəhidin qardaşı intihar edib

Könüllülər “Bakubus”da olublar -

Könüllülər “Bakubus”da olublar - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur