Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur

Xəbərin çap versiyası
Tarix: 22-07-2019, 10:16    |    Xəbər oxunub: 548 dəfə
Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur


İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə "Kaspi" MMC-də 564 min manatın mənimsənilməsilə bağlı növbəti proses keçirilib. Bu işdə ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın da adı keçir.



O, "Kaspi Liseyi"nin təsisçisidir.

Təqsirləndirilən şəxslər MMC-nin mühasibləri Tural Məmmədov və Fərahim Möhbalıyevdir.

Onlara qarşı CM-nin 179.4-cu (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

F.Möhbalıyev S.Vəliyevanın məhkəmədə şahid kimi dindirilməsi barədə vəsatət qaldırıb.

"Niyə məni bu cinayətə vadar edən şəxslər dindirilmir? ? Hər şey rəhbərliyin tapşırığı idi. Sona Vəliyeva məhkəməyə çağırılsın. 884 min pul alıb. Pulu ona vermişəm. Bu barədə onun istintaqa ifadəsi var", - F.Möhbalıyev deyib.

Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur


Müdafiə tərəfi vəsatəti dəstəkləyib. Lakin dövlət ittihamçısı məhkəmədən vəsatətin baxılmamış saxlanmasını istəyib.

Məhkəmə vəsatəti baxılmamış saxlamaq və növbəti iclaslarda müzakirə etmək barədə qərar qəbul edib.

Sonra prosesdə "Kaspi Liseyi"nin mühafizə xidmətinin rəhbəri Sərxan Baxşəliyev şahid qismində ifadə verib. O deyib ki, əməkhaqqını həm nağd şəkildə, həm də kart vasitəsilə alıb. Ümumi maaşı 450 manat olub. Kartla 260 manat alıb. S.Baxşəliyev qeyd edib ki, mühasibatlıqla əlaqəsi olmasa da hərdən liseyə gələn valideynlərdən təhsil haqqını alıb təqsirləndirilən Tural Məmmədova verirdi.

Növbəti məhkəmə prosesi iyulun 26-na təyin edilib.

İttiham aktına görə, 2018-ci ilin aprel-oktyabr aylarında 454 şagirdin təhsili üçün 1 mln. 366 min manat pul ödənilib. Bu vəsaitin 564 min manatını baş mühasib və mühasib rəsmi sənədləşməyə daxil etməyiblər və mənimsəyiblər.

Liseyin direktoru Elnur Əliyevin DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciəti əsasında cinayət işi başlanıb.

Əvvəlki məhkəmə proseslərində müttəhim Tural Məmmədov deyib ki, 564 manatın bir hissəsini şəxsi ehtiyacları üçün götürüb. (Turan)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

Həftəsonu hava necə olacaq?

Həftəsonu hava necə olacaq?

Fransada G7 sammiti başlayır

Fransada G7 sammiti başlayır

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb:

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb: Fabrik, otel, zavod...

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Arif Alışanovun qardaşı işdən çıxarıldı -

Arif Alışanovun qardaşı işdən çıxarıldı - Yeni təyinatlar

Hirkan Milli Parkında yanğın söndürüldü

Hirkan Milli Parkında yanğın söndürüldü

UEFA “Qarabağ”ı cərimələdi

UEFA “Qarabağ”ı cərimələdi

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı -

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı - SİYAHI+FOTOLAR

Şəhidin qardaşı intihar edib

Şəhidin qardaşı intihar edib

Könüllülər “Bakubus”da olublar -

Könüllülər “Bakubus”da olublar - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur