DGK-nın bəzi gömrük ödənişləri “ASAN ödəniş” sistemində

Xəbərin çap versiyası
Tarix: 22-07-2019, 10:26    |    Xəbər oxunub: 535 dəfə
DGK-nın bəzi gömrük ödənişləri “ASAN ödəniş” sistemində


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sərhədkeçmə xidmətləri üzrə bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə uğurla inteqrasiya olunub.



Bundan sonra xaricdən gələn yük avtomobilləri ölkəni tərk edərkən artıq yanacağa və yük avtomobillərinə qoşulmuş GPS-ə görə gömrük ödənişlərini, avtomobillərin sərhəddə müvəqqəti saxlanc ödənişlərini, müvəqqəti saxlanc ödənişlərinin ƏDV-sini “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirmək mümkündür. Həmçinin xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən yol vergisini, habelə icazə blankına görə ödənişlər müqabilində nəzərdə tutulmuş dövlət rüsumlarını müvafiq sistemlə ödəmək mümküdür.

“ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb.

Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs, dövlətə məxsus 7 hüquqi şəxs və 2 dövlət təhsil müəssisəsi olmaqla, 221 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 557 xidmət üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilə bilər. Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı eləcə də, sistemə qoşulmuş 10 000-dən artıq ödəniş terminalı, respublika ərazisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

Həftəsonu hava necə olacaq?

Həftəsonu hava necə olacaq?

Fransada G7 sammiti başlayır

Fransada G7 sammiti başlayır

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb:

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb: Fabrik, otel, zavod...

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Arif Alışanovun qardaşı işdən çıxarıldı -

Arif Alışanovun qardaşı işdən çıxarıldı - Yeni təyinatlar

Hirkan Milli Parkında yanğın söndürüldü

Hirkan Milli Parkında yanğın söndürüldü

UEFA “Qarabağ”ı cərimələdi

UEFA “Qarabağ”ı cərimələdi

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı -

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı - SİYAHI+FOTOLAR

Şəhidin qardaşı intihar edib

Şəhidin qardaşı intihar edib

Könüllülər “Bakubus”da olublar -

Könüllülər “Bakubus”da olublar - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur