Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

Xəbərin çap versiyası
Tarix: 23-07-2019, 17:55    |    Xəbər oxunub: 546 dəfə
Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində Beynəlxalq Astronavtika Federasiyasının (BAF) nümayəndələri ilə görüş keçirilib. Görüşdə Dövlət Agentliyin sədr müavini Ceyhun Salmanov, BAF-ın icraçı direktoru Kristian Faythinger, “Azərkosmos” ASC-nin nümayəndələri və digər əməkdaşlar iştirak ediblər.



Görüşün əsas məqsədi 2022-ci ildə 73-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyi ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində “ASAN Viza” sistemi haqqında məlumat almaq olub. Həmçinin ölkədə təşkil edilən beynəlxalq tədbirlərə gələn əcnəbilərin viza prosedurlarının sadələşdirilməsi və elektron vizaların alınması ilə bağlı müzakirələr aparılıb.

Qonağa “ASAN xidmət” və onun fəaliyyət istiqamətləri haqqında, həmçinin “ASAN Viza” sistemi, son illərdə ölkədə keçirilmiş beynəlxalq tədbirlər və onların təşkilində “ASAN Viza”nın rolu haqqında təqdimat edilib.

BAF-ın nümayəndələri həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində olub və onun fəaliyyəti ilə bağlı məlumatlandırılıblar. Qonaq ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsallaşma ilə bağlı görülən işləri, “ASAN Viza” ilə bağlı prosedurları yüksək qiymətləndirib.

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də
Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də
Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

Həftəsonu hava necə olacaq?

Həftəsonu hava necə olacaq?

Fransada G7 sammiti başlayır

Fransada G7 sammiti başlayır

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb:

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb: Fabrik, otel, zavod...

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Arif Alışanovun qardaşı işdən çıxarıldı -

Arif Alışanovun qardaşı işdən çıxarıldı - Yeni təyinatlar

Hirkan Milli Parkında yanğın söndürüldü

Hirkan Milli Parkında yanğın söndürüldü

UEFA “Qarabağ”ı cərimələdi

UEFA “Qarabağ”ı cərimələdi

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı -

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı - SİYAHI+FOTOLAR

Şəhidin qardaşı intihar edib

Şəhidin qardaşı intihar edib

Könüllülər “Bakubus”da olublar -

Könüllülər “Bakubus”da olublar - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur