Lənkəran yaxınlığında qəzaya uğrayan İran gəmisi batıb- YENİLƏNİB


Lənkəran yaxınlığında qəzaya uğrayan İran gəmisi batıb-



Xəzər dənizində, Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran gəmisi batıb.

Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.

***

Qəzaya uğrayan gəminin şəxsi heyətinin xilas edilməsi əməliyyatı uğurla başa çatdırılıb.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin məlumatına görə, Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru - yük gəmisinin 9 nəfər şəxsi heyətinin FHN helikopterləri, Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi tərəfindən xilas edilməsi əməliyyatı saat 16:10 radələrində uğurla başa çatdırılıb.

Xilas edilən 9 nəfər təhlükəsiz şəraitdə sahilə çıxarılmaqdadır.

***

İran gəmisi Xəzərdə qəzaya uğrayıb.

Bu barədə AFN-ə Dövlət Dənzi Agentliynin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, bu gün saat 14:10 – da İran İslam Respublikasının bayrağı altında üzən Şəbahəng quru - yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dənzi Agentliynin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub. Qərargah tərəfindən FHN–nin 2 helikopteri və Dövlət Sərhəd Xidmətnin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu