Kommersiya məhkəmələrinin yaradılması sahibkarlığın inkişafına dəstək verəcək-

Xəbərin çap versiyası
Tarix: 26-07-2019, 17:43    |    Xəbər oxunub: 537 dəfə
Kommersiya məhkəmələrinin yaradılması sahibkarlığın inkişafına dəstək verəcək-


"Azərbaycanda aparılan islahatlar sahibkarlığın inkişaf etdirilməsinə xidmət edir. Qeyri-neft sektorunun inkişafı sahibkar-dövlət münasibətlərinin yeni mərhələyə qədəm qoyması deməkdir. Sahibkarların qarşılaşdığı problemlərin daha tez, əhatəli həlli tələb edilir”.

Bunu "Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Deputatın sözlərinə görə, təcrübə göstərir ki, sahibkarların vaxtının az hissəsini məhkəmələrə, çox hissəsini isə öz işlərinə sərf etməsi daha çox fayda verə bilər: "Bu, yeni ideyaların tətbiqinə, istehsalın, ixracın artmasına səbəb olur. Dünyanın bir çox ölkələrində ixtisaslaşmış məhkəmələr fəaliyyət göstərir. Ümumi məhkəmələrdə sahibkarların işinə baxılarkən bu sahədə dərin biliklərə malik olmayan hakimlərin dəqiq qərar verə bilməmələri müəyyən çətinliklər yaradır, müddətin uzanmasına səbəb olur. Təbii ki, bu nəticədə sahibkarlıq fəaliyyətini ləngidir, xarici investorların artmasının qarşısını alır. Bu baryerlər bötövlükdə ölkə iqtisadiyyatının inkişafına əngəl olur”.

T.Mirkişili qeyd edib ki, Azərbaycanda kommersiya məhkəmələrinin yaradılması aparılan islahatların yeni mərhələsidir: "İxtisaslaşmış məhkəmənin yaradılması, hakimin olması sahibkarlığın inkişafının yeni mərhələsinə dəstəkdir. Sahibkarlıq inkişaf edir, belə olan təqdirdə ixtisaslaşmış məhkəmələrə ehtiyac yaranır. Hüquqi və iqtisadi islahatların paralel aparılması iqtisadiyyatın inkişafı üçün mühüm şərtlərdəndir. Məhkəmə son mərhələdir. Yəni mübahisələrin məhkəmə müstəvisinə çıxarılana qədər həllinə çalışmaq lazımdır. Sahibkarlar işini düzgün qurmaqla mübahisələrin məhkəmə müstəvisinə çıxmamasına çalışmalıdırlar”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da kommersiya məhkəmələrinin əhəmiyyətindən danışıb.

Azərbaycan yeni dövrün çağırışlarına uyğun olaraq biznes sahəsində müşahidə edilən problemlərin aradan qaldırılması üçün yeni məhkəmə sistemi formalaşdırır. Bu, o deməkdir ki, artıq iqtisadi məsələlərə kommersiya məhkəmələrində baxılacaq. Məhkəmələrdə sahibkarların işinə baxılması prosesində müəyyən problemlər olub. Bura mübahisələrə obyektiv yanaşılmama, mübahisəli işlərə baxılmanın müddətinin uzanması və s. məsələlər daxildir. Qeyri-neft sektorunun inkişafı üçün ixtisaslaşmış məhkəmələrə ehtiyac var idi. Belə məhkəmələr biznes mühitinin yaxşılaşdırılması üçün vacibdir. Dünya Bankı hesab edir ki, biznes mühitinin daha da təkmilləşdirilməsi üçün məhkəmələrdə iş adamlarının müraciətlərinə daha qısa vaxtda və obyektiv şəkildə baxılmalıdır”.

Ekspert qeyd edib ki, kommersiya məhkəmələrinin yaradılması ilə prosedur qaydalar sadələşdiriləcək: "Bu, həm də şəffaflığın gücləndirilməsi baxımından vacibdir. Ölkədə aparılan islahatların tərkib hissəsi şəffaflığın təmin olunmasıdır. Şəffaflığın gücləndirilməsi iş adamların fəaliyyətinə dəstək olacaq. Hesab edirəm ki, kommersiya məhkəmələrinin yaradılması iş adamlarının hüquqlarının qorunmasına xidmət edəcək”.

V.Bayramov bu istiqamətdə təkliflərini də açıqlayıb: "Biz həm yerli, həm də xarici investiyasının cəlb edilməsini stimullaşdırmaq üçün xarici hakimlərin də olduğu kommersiya məhkəmələrinin yaradılmasını təklif etmişdik. Düşünürük ki, xarici iş adamlarının müraciətlərinə baxılarkən prosesdə xarici hakimlərin iştirakı müsbət hal olar. Bunun üçün xaricdən hakimlər cəlb edilməli, onlara 6 aylıq müddət ərzində Azərbaycanın qanunvericiliyini öyrənmək imkanları yaradılmalıdır. Bu, xarici investisiyanın cəlb edilməsi üçün vacibdir”.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın icrası ilə əlaqədar "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliklə kommersiya məhkəmələrinin yaradılması, iş mexanizmi müəyyənləşib

Qanuna əlavə edilən 46.1-ci maddəyə əsasən, kommersiya məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır.

Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, təcrübəsini öyrənir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər. Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.

Belə ki, kommersiya məhkəmələrinin sədrləri də ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin sədrləri kimi Ali Məhkəmə sədrinin vəzifə maaşının 80%-i həcmində - 1824 manat maddi təminat alacaq.

Dövlət başçısının sərəncamı ilə isə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı Kommersiya Məhkəməsi, Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan Kommersiya Məhkəməsi, Şəki Kommersiya Məhkəməsi yaradılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sərnişin avtobusunu ələ keçirdi, polis tərəfindən vuruldu -

Sərnişin avtobusunu ələ keçirdi, polis tərəfindən vuruldu - VİDEO

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib -

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Bakı polisi:

Bakı polisi: "Neftçi" azarkeşlərini stadiondan polis çıxartmayıb"

Ağdaşın icra başçısının sərvəti açıqlandı-

Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Energetika naziri vətəndaşları qəbul edib -

Energetika naziri vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur