"Kontakt Home" MBNP-yə qalib gəldi- Apellyasiya Məhkəməsi cərimə qərarını ləğv edib


"Kontakt Home" MBNP-yə qalib gəldi-


"Kontakt Home" şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən cərimələnməsi ilə bağlı xəbərə münasibət bildirib.

AFN-in mılumatına görə, şirkətin açıqlamasında bildirilir: "Bir neçə gün öncə mətbuatda Kontakt Home şirkətinin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi əsasında 1300 AZN məbləğində cərimələnməsi ilə bağlı məlumat yayılıb. Nəzərinizə çatdırmaq istərdik ki, Yasamal Rayon Məhkəməsində verilən bu qərara Bakı Apellyasiya Məhkəməsində yenidən baxılıb və Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin həmin qərarı ləğv edilib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Başqa sözlə, şirkətə hər hansı cərimə tətbiq olunmayıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu