Bakıda qətl törədən qadın polislə bağlı yeni xəbər - RƏSMİ


Bakıda qətl törədən qadın polislə bağlı yeni xəbər -


Kütləvi informasiya vasitələrində Bakı şəhər Baş Polis İdarəsinin xanım əməkdaşı Günel Qasımovnın qətl törətməsi ilə bağlı məlumatlar yayılıb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA -ya bildirib ki, Günel Qasımova 2016-cı ilin yanvar ayından polis orqanlarından xaric edilib.
Qeyd edək ki, Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlayaraq öldürüb.
O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə prosesi dövründə ifadə şahidlər Günel Qasımovanın polis əməkdaşı olduğunu deyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu