Nazirlik məşhur istirahət mərkəzlərinin bağlanması üçün məhkəməyə müraciət etdi - SİYAHI

Xəbərin çap versiyası
Tarix: 30-07-2019, 11:04    |    Xəbər oxunub: 528 dəfə
Nazirlik məşhur istirahət mərkəzlərinin bağlanması üçün məhkəməyə müraciət etdi -


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizinin Bakı,Sumqayıt, şimal və cənubsahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirib və bundan əvvəl verilən məcburi göstərişlərin icra vəziyyəti yoxlayıb.



Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimov jurnalistlərə açıqlamasında bildirib ki, reydlər zamanı Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən "Palma”, "Riverin”, "Ober Lyuks”, "El Faro”, "Təhsil”, "Atlant” istirahət mərkəzlərində su təmizləyici qurğuların quraşdırıldığı, Sumqayıtda fəaliyyət göstərən "Dostluq”, "Caspian Breeze”, "Şərur”, "Amore”, "Nicat”, "Freqat”, "Regnum”, "Röya”, "Turan”, "Təndir”, "Qala” istirahət mərkəzlərinin çirkab sularının mərkəzi kanalizasiya şəbəkəsinə qoşulduğu müəyyən olunub.

Xaçmaz rayonundakı "Çıraqqala”, "Jalə”, Sumqayıt şəhərindəki "Duyğu”, "Liman”, "Atlantida”, "Flaqman”, "Narınqala”, "Balıqçı”, "Alma”, "Neptun, "Antalya”, "Qala”, Bakı şəhərindəki "Mirvari”, "Riyad park”, "Caspian Beach”, "1001 gecə”, "Eldarado”, "Dostluq”, "Aquapark” istirahət mərkəzlərinə bir müddət əvvəl verilən "məcburi göstəriş”lərin tələbləri icra edilmədiyi üçün onların fəaliyyətlərinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsadət qaldırılıb.

Reydlər zamanı Nabranda fəaliyyət göstərən "Lotos”, "Ulduz”,Sumqayıtda "Katamaran”, "Sahil”, "Diana”, Bakıda "Bizim sahil”, "Xəzər”, "Türkan”, "Simurq”, "Voyage”, "Qala”və "Antalya” istirahət mərkəzlərində, Lənkəran-Astara zonasında isə "Dağlar oğlu”, "Həsirli”, "Su pərisi”, "Panorama” ictimai-iaşə obyektlərində də formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib və cavabdeh şəxslər barəsində akttərtib olunub.Formalaşan tullantı sularının təmizlənməsi üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan "məcburi göstəriş”lər verilib. (Report)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sərnişin avtobusunu ələ keçirdi, polis tərəfindən vuruldu -

Sərnişin avtobusunu ələ keçirdi, polis tərəfindən vuruldu - VİDEO

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib -

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Bakı polisi:

Bakı polisi: "Neftçi" azarkeşlərini stadiondan polis çıxartmayıb"

Ağdaşın icra başçısının sərvəti açıqlandı-

Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Energetika naziri vətəndaşları qəbul edib -

Energetika naziri vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur