Dövlət Agentliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri arasında görüş keçirilib

Xəbərin çap versiyası
Tarix: 30-07-2019, 16:52    |    Xəbər oxunub: 521 dəfə
Dövlət Agentliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri arasında görüş keçirilib


30 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi ilə görüş keçirilib.



Görüşdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, KOICA Azərbaycan Nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok və digər əməkdaşlar iştirak ediblər.

Görüş zamanı Dövlət Agentliyi ilə KOICA beynəlxalq əməkdaşlıq təşkilatı arasında uğurlu əməkdaşlıq, e-hökumət və digər sahələrdə əlaqələrin persperktivləri müzakirə olunub. Bununla yanaşı qonaqlara Dövlət Agentliyi tərəfindən elektron hökumət sahəsində görülən işlərlə bağlı təqdimat edilib.

Qonaq ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsallaşma ilə bağlı görülən işləri yüksək qiymətləndirib. Bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Qonaq “Rəqəmsal Hökumət” təşviqat proqramının könüllüləri ilə də görüşüb.

Həmçinin “CIAT Paylaşımdır” (Capacity Improvement and Advancement for Tomorrow) müsabiqəsində KOICA proqramı məzunu Şənay Qulusoy tərəfindən Elektron Hökumətin İnkişafı Mərkəzi adından müsabiqəyə qatılan və qalib seçilən “Rəqəmsal Hökumət” təşviqat proqramı layihəsinə qrant təqdimatı ilə bağlı məlumat verilib. Bildirib ki, bu proqramı KOICA məzunlarının Koreyada təşkil olunmuş KOICA Təlim proqramları zamanı əldə etdikləri bilik və təcrübənin Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə vermələrində dəstək olmaq məqsədi daşıyır. Proqram məzunlara öz fəaliyyət planlarını həyata keçirməkdə maliyyə dəstəyi əldə edə bilmək üçün yeni imkanlar yaradır.

Dövlət Agentliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri arasında görüş keçirilib
Dövlət Agentliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri arasında görüş keçirilib
Dövlət Agentliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri arasında görüş keçirilib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sərnişin avtobusunu ələ keçirdi, polis tərəfindən vuruldu -

Sərnişin avtobusunu ələ keçirdi, polis tərəfindən vuruldu - VİDEO

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib -

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Bakı polisi:

Bakı polisi: "Neftçi" azarkeşlərini stadiondan polis çıxartmayıb"

Ağdaşın icra başçısının sərvəti açıqlandı-

Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Energetika naziri vətəndaşları qəbul edib -

Energetika naziri vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur