Adı müxtəlif tenderlərdə hallanan iş adamı ilə bağlı sensasion iddialar yayıldı - FOTOLAR


Adı müxtəlif tenderlərdə hallanan iş adamı ilə bağlı sensasion iddialar yayıldı -


"Sizə iki oteli tanıtmaq istəyirəm. Almaniyada Hamburqun mərkəzində, Borgfelder küçəsi 1-9 ünvanındakı dördulduzlu möhtəşəm PARK HOTEL BERLİNER TOR və Hamburqun KIELER STR. 333 ünvanındakı üçulduzlu PARK HOTEL ARENA-nı".



Bu sözləri sosial şəbəkədəki hesabında jurnalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, hər iki otel Xəlil Göyüşov adlı iş adamına məxsusdur: "O, Azərbaycanda uzun illərdən bəri iri tenderlərdə qalib elan olunan, dövlət sifarişlərini həyata keçirən 'Körpü-Bina Tikinti" MMC-yə rəhbərlik edir".

Jurnalist daha sonra mediada Xəlil Göyüşovun adının "MTN işi" ilə bağlı səs-küylü məsələlərdə hallandığını xatırladıb və əlavə edib ki, o, 2015-ci il devalivasiya ərəfəsində ölkədən azı 40 milyon avrodan artıq vəsait çıxarıb və 2014-cü ildə Hamburq ədliyyəsində qeydiyyatdan keçirdiyi AGO GMBH vasitəsilə bu otellərə yatırıb: "Sənədlərdə də qeyd olunur ki, otel və səyahət xidmətlərini həyata keçirən AGO GMBH-nin 2015-ci ildə yarandığı bir il müddətində aktivləri 36.8 milyon avro təşkil edib. Otellərin idarəçiliyini AGO PARK HOTEL BETRIEBS GMBH (aktivləri 420 min avro), AGO MANAGEMENT GMBH (157 min avro), AGO BETREIBERGESELLSCHAFT GMBH 826 min avro) üzərindən Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov idarə edir.

Deyə bilərsiniz ki, işadamıdır, istəsə Almaniyada, hətta Amerikada da biznes qura bilər. Təbii, amma məsələ bu qədər vəsaitin bəyannaməsiz, qeydiyyatsız-filansız ölkədən necə çıxarılmasıdır...".

İddialarla bağlı qarşı tərəfin də mövqeyini yaymağa hazırıq.

Adı müxtəlif tenderlərdə hallanan iş adamı ilə bağlı sensasion iddialar yayıldı -
Adı müxtəlif tenderlərdə hallanan iş adamı ilə bağlı sensasion iddialar yayıldı -
Adı müxtəlif tenderlərdə hallanan iş adamı ilə bağlı sensasion iddialar yayıldı -
Adı müxtəlif tenderlərdə hallanan iş adamı ilə bağlı sensasion iddialar yayıldı -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu