Milli Hidrometeorologiya Departamentində “Türk Metcapplus” proqramının son versiyası quraşdırılıb


Milli Hidrometeorologiya Departamentində “Türk Metcapplus” proqramının son versiyası quraşdırılıb


ETSN-nin Milli Hidrometeorologiya Departamentində istifadə olunan “Türk Metcap” sistemi ən son versiya olan “Türk Metcapplus” proqramı ilə əvəzlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, yeni müasir proqramın tətbiqi ilə bağlı Türkiyənin Meteoroloji Genel Müdürlüyünün mütəxəssisləri tərəfindən departamentdə 3 gün ərzində təlimlər keçirilib.

Qeyd edək ki, “Türk Metcapplus” proqramının tətbiqi proqnoz və xəbərdarlıqların keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək. Yeni versiya ilə gündəlik proqnozların hazırlanmasında faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələrin, rəqəmli modellərin nəticələrindən istifadə olunacaq, davamlı informasiya mübadiləsinə və hər 3 saatdan bir yeniləşən peyk məlumatlarından istifadəyə imkan yaranacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu