Jurnalist Rövnəq Abdullayevə müraciət etdi - "Vaqif Əliyev məni və işlədiyim saytı ağır sözlərlə təhqir etdi"

Xəbərin çap versiyası
Tarix: 8-08-2019, 16:14    |    Xəbər oxunub: 16 141 dəfə
Jurnalist Rövnəq Abdullayevə müraciət etdi -


SOCAR-ın prezidenti Rövnəq Abdullayevə AÇIQ MƏKTUB

Hörmətli Rövnəq müəllim! Yazıb diqqətinizə çatdırıram ki, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev özümün və çalışdığım "Azerbaijan Favorite News" (AFN) saytının ünvanına təhqir səsləndirib. Belə ki, 07.08.2019-cu il tarixində redaksiyamıza V.Əliyev və oğlu Orxan Əliyevlə bağlı prokurorluq orqanlarına şikayət edən bir qrup şəxs tərəfindən müraciət daxil olub. 08.08.2019-cu il tarixində müraciətdə səsləndirilən fikirlərə münasibət öyrənmək üçün V.Əliyevə telefon açmışam. Öncə məni nömrəsini hardan almağımla bağlı sorğu-suala çəkən idarə rəisinə jurnalist üçün vəzifə sahibi olan istənilən şəxsin nömrəsini tapmağın problem olmadığını dedim. Daha sonra o, səsini yazıb-yazmadığımı soruşdu, diqqətinə çatdırdım ki, özündən icazə almadığım üçün səsini yazmıram. Bundan sonra isə V.Əliyev çalışdığım saytın "reket" olmasına eyham vuraraq, saytın rəhbərliyinin və yazı müəllifinin ünvanına böhtan, təhqir dolu fikirlər səsləndirdi. Təhqirə keçməməsini xahiş etsəm də, idarə rəisi "şərəfsizlik etmisiz, tərbiyəsizsiniz" və s. bu kimi etik baxımdan düzgün olmaz deyə yaza bilmədiyim ifadələrlə təhqirlərini davam etdirdi. Bizi özünün şərəf və ləyaqətini alçaltmaqda ittiham edən V.Əliyev özü təhqiramiz ifadələri dönə-dönə işlətməkdən çəkinmədi. Halbuki biz onun haqqında bir qrup şikayətçinin səsləndirdiyi fikirləri yazmışıq və orada heç bir təhqirdən, şərəf və ləyaqəti alçaltmaqdan söhbət belə gedə bilməz. Görünən odur ki, V.Əliyev şərəf və ləyaqətin anlayışını çox yanlış dəyərləndirir. Belə olmasaydı o, qarşı tərəf kimi mövqeyini almaq istəyən jurnalistin ünvanına təhqirlər yağdırmazdı. Həmçinin, idarə rəisinin ölkə qanunlarını və İT imkanlarını ya bilmədiyi, ya da hansısa səbəblərdən əhəmiyyət vermədiyi açıq-aydın özünü büruzə verir. Əgər V.Əliyev bizim iddiamız olarsa onun səs yazısının mobil operatorlardan alınaraq məhkəməyə təqdim olunacağını bilirsə və buna baxmayaraq, səsinin yazılmadığını dəqiqləşdirib sonra təhqirə əl atırsa, deməli, onun şəxsi keyfiyyətləri SOCAR kimi beynəlxalq nüfuza malik olan bir şirkətdə işləməyə imkan vermir. Əgər V.Əliyev bunlardan xəbərsizdirsə, o zaman yenə də onun tutduğu vəzifəyə uyğun kadr olmadığını deyə bilərik.
Hörmətli Rövnəq müəllim! Yuxarıda qeyd edilənləri nəzərə alaraq SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin haqqında ölçü götürməyinizi xahiş edirəm.

Hörmətlə, Həbibə Abdulla, araşdırmaçı-jurnalist.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı -

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş –

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə rəsmi münasibət-VİDEO

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur