Tərtərdə yarımillik hesabat yığıncağı keçirilib - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 9-08-2019, 19:00    |    Xəbər oxunub: 525 dəfə
Tərtərdə yarımillik hesabat yığıncağı keçirilib -


2019-cu ilin altı ayında Tərtər rayonunda ümumi məhsul buraxılışının həcmi 90,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 11 milyon 878,4 min manat təşkil edib ki, onun da 11 milyon 177,4 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Hesabat dövründə 1 milyon 770 min min manat dəyərində əsas fondlar istifadəyə verilib. 483-ü daimi olmaqla 951 yeni iş yeri açılıb.



Bu barədə Tərtər rayonunda 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.

Birinci yarımildə Tərtər şəhərinin Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə, Vəzir Orucov, Qaçay Mehdiyev və Teymur Rəhimov küçələrində 2,4 kilometr uzubluğunda asfalt-beton örtük salınıb, Tərtər-Hindarx avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsi (19 kilometr), uzunluğu 9 kilometr olan Sarov-Borsunlu kəndlərarası avtomobil yolu və uzunluğu 5 kilometr olan Hacıqərvənd kəndarası avtomobil yolu əsaslı təmir olunub. "Azərxalça”nın Tərtər filialının tikintisi başa çatdırılıb. Ekoloji tarazlığın qorunması məqsədilə yol kənarlarında, yaşayış məntəqələrində və meşə zolaqlarında 20 mindən çox müxtəlif növ ağac, 3 min gül kolu və 700 min ədəd həmişəyaşıl kollar əkilib.

Hazırda Tərtər şəhərində rayon İcra Hakimiyyətinin inzibati binasının, Olimpiya İdman Kompleksinin, bayraq muzeyinin tikintisi, Vəzir Orucov küçəsində abadlıq işləri davam etdirilir. Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta məktəblər üçün modul tipli binaların tikintisi yekunlaşır. Bəyimsarov, Hüsənli kənd və 1 nömrəli şəhər tam orta məktəblərində cari təmir işləri aparılır.

Yığıncaqda qeyd olunub ki, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. İlin birinci yarısında kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,5 faiz artaraq 44 milyon 892,8 min manat təşkil edib.

Əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə 2019-cu ilin 6 ayı ərzində suvarma sistemlərində 4 ədəd hidrotexniki qurğu və 7 ədəd hidrotexniki post təmir edilib, 392 min kubmetr lildən təmizləmə işi aparılıb. İnvestisiya vəsaiti hesabına Qaraağacı kəndində kanalın 1000 metri, Buruc-Sarıcalı kanalının 200 metri beton üzlük çəkilməsi üçün hazırlanıb, 480 metr arxa beton üzlük çəkilib. 2018-ci ildə rayonun müxtəlif kəndlərində yeni qazılmış 13 ədəd subartezian quyusu cari ildə balansa götürülərək istismara verilib. 2019-cu ildə daha 13 yeni subartezian quyusunun qazılması və 4 ədəd quyunun təmir-bərpası nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, ilin altı ayında Tərtər rayonunda 42 min 352,3 ton taxıl, 3962,4 ton kartof, 8189,1 ton müxtəlif tərəvəz məhsulları, 407,4 ton dən üçün qarğıdalı, 50,4 ton noxud, 1748,4 müxtəlif növ meyvə istehsal olunub. Rayon kümçüləlri tərəfindən 17 min 341 kiloqram barama tədarük edilib. Rayon ərazisində əkilmiş 3427,2 hektar pambıq, 670,5 hektar şəkər çuğunduru, 2481,6 hektar günəbaxan sahələrindən də yüksək məhsuldarlıq gözlənilir. Meyvəçiliyin inkişafını təmin etmək məqsədilə cari ildə 84 hektar yeni meyvə bağları salınıb ki, ondan 58 hektarı intensiv bağlardır.

2019-cu ilin 6 ayı ərzində rayona 162 baş cins mal gətirilib, heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 1035 baş inək süni mayalandırılıb, 550 baş buzov doğulub.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən ətraflı bəhs edilib.

Məruzə ətrafında Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdir əvəzi Anar Rüstəmov, Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev və Tərtər rayon Elektrik Şəbəkəsinin rəisi Zülfü Salahov çıxış etdilər.

Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

Hesabat yığıncağında Milli Məclisin deputatı Sahib Alıyev də iştirak edib.

Tərtərdə yarımillik hesabat yığıncağı keçirilib -

Tərtərdə yarımillik hesabat yığıncağı keçirilib -
Tərtərdə yarımillik hesabat yığıncağı keçirilib -
Tərtərdə yarımillik hesabat yığıncağı keçirilib -
Tərtərdə yarımillik hesabat yığıncağı keçirilib -
Tərtərdə yarımillik hesabat yığıncağı keçirilib -
Tərtərdə yarımillik hesabat yığıncağı keçirilib -
Tərtərdə yarımillik hesabat yığıncağı keçirilib -





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Ermənilərin avantürist təşəbbüsünün qarşısı alınmalıdır” -

“Ermənilərin avantürist təşəbbüsünün qarşısı alınmalıdır” - Əliməmməd Nuriyev

“Ehtimalları nəzərə alaraq, bu çağırışı etmişəm….” –

“Ehtimalları nəzərə alaraq, bu çağırışı etmişəm….” – Qabil Hüseynli

Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı -

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş –

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur