Nazim İbrahimovun oğlu böyük biznesə başladı

Xəbərin çap versiyası
Tarix: 9-08-2019, 21:52    |    Xəbər oxunub: 557 dəfə
Nazim İbrahimovun oğlu böyük biznesə başladı


Vergilər Nazirliyi "Skypark” Mənzil-Tikinti Kooperativini dövlət qeydiyyatına alıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 20, mənzil 22/23, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Elnur Nazim oğlu İbrahimovdur.



Söhbət Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədrinin oğlundan gedir.

"AzPolitika.info” qeyd edir ki, gənc İbrahimovun tikinti sektoruna maraq göstərməsi təsadüfi deyil. Onun əmiləri illərdir bu sektorda fəaliyyət göstərirlər – yaxşı ad çıxarmasalar da.

Məsələn, Nazim İbrahimovun qardaşı Sahib İbrahimov da tikinti şirkəti təsis edərək mənzil tikib satırdı. Sonradan S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı çoxsaylı faktlar ortaya çıxdı. Belə ki, vətəndaşlar müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərini ala bilmədikləri, bir mənzilin iki və daha artıq şəxsə satıldığı məlum olmuşdu.

Buna görə S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri də seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Nazim İbrahimovun digər qardaşı İbrahim Nehrəmli isə (özünü Hacı İbrahim kimi təqdim edir) təkcə bir fırıldaq layihə ilə – "Xəzər adaları” layihəsilə dövlətin 800 milyondan artıq vəsaitini "göyə sovurub”.

Nazim İbrahimovun özünün isə Diasporla İş üzrə Dövlət Komitəsindən biznes maraqlarını reallaşdırmaq üçün istifadə etdiyinə, dövlətin bu sahəyə ayırdığı pulları təyinatından yayındırdığına dair konkret ittihamlar var…

Baxaq, görək oğlu nə edəcək?…

Xatırladaq ki, 1989-cu il yanvarın 23-də Naxçıvanda doğulan E.İbrahimov Londonda ali təhsil alıb. Onun adı hərbi xidmətdə olduğu dövrü istirahətdə keçirdiyinə dair məlumatlar və bunu təsdiqləyən fotolar yayılmışdı. Elnur İbrahimovun xidmət dövrünü hərbi hissədə yox, ayrı-ayrı istirahət mərkəzlərində, şəxsi təyyarəsində, müxtəlif xarici ölkələrdə keçirdiyi iddia olunurdu…




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı -

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş –

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə rəsmi münasibət-VİDEO

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur