Dənizdə batan 4 uşaq qardaş övladları imiş...


Dənizdə batan 4 uşaq qardaş övladları imiş...


Nardaran çimərliyində 4 uşağın batması ilə nəticələnən faciənin təfərrüatları məlum olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili "Qafqazinfo"ya açıqlamasında bildirib ki, batan uşaqlar iki qardaşın övladları olub.

Qardaşlardan birinin iki qızı, digərinin isə qızı ilə oğlu boğulub. Onlardan 3-nün cəsədi sudan çıxarılıb, Cəfərzadə Zeynəbin meyitinin axtarışları isə davam etdirilir.

Məlumata görə, həmin gün Ramin adlı şəxs həyat yoldaşıyla birgə dənizə gedərkən öz və qardaşı uşaqlarını da aparıb. Ramin də uşaqlarla birgə suda boğulurmuş. Lakin ətrafdakılar onu sudan çıxararaq ölümdən xilas edib. Bu zaman dənizin içində olan uşaqlar isə boğularaq ölüblər.

Qurum rəsmisinin sözlərinə görə, onlar Nardaran Sulardan Xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə çimərkən batıblar.

Aqşin Əlili xəbərdarlıq edib ki, vətəndaşlar "Çimmək qadağandır" lövhələri vurulmuş çimərlikdə dənizə girməsinlər, uşaqları dənizə nəzarətsiz buraxmasınlar.

* * *22:14

Bu gün avqustun 10-da Bakının Nardaran qəsəbəsi sahillərində çimərkən 4 azyaşlı uşaq dənizdə batıb. Virtualaz.org xəbər verir ki, bu həyacanlı məlumatı az əvvəl FHN yayıb.

Məlumatda deyilir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının batması barədə məlumat daxil olub.

M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

Azyaşlıların hansı şəraitdə dənizdə batması barədə məlumat yoxdur, onların çimərliyə valideyin nəzarətindən kənar gedib-getmədikləri də məlum deyil. İstənilən halda bu tükürpədici faciə valideyin məsuliyyətsizliyinin ucbatından baş verib və bu danılmazdır.

Qeyd edək ki, bu günlərdə Kürdəxanı qəsəbəsinin sakinləri olan 4 gənc də dənizdə çimərkən batmışdı və onların faciəsi bütün Bakı kəndlərini yasa boğmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu