Millət vəkilinin otelləri üzə çıxdı - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 13-08-2019, 12:22    |    Xəbər oxunub: 626 dəfə
Millət vəkilinin otelləri üzə çıxdı -


"Naftalanın deputatı Mahir Aslanov ötən il mətbuata açıqlama vermişdi ki, "təmsil etdiyi” rayonda sanatoriya-filan tikdirmir, adında heç bir istirahət mərkəzi, biznes-filan yoxdur. Səsi Rumıniyadan gəlir, deyir maaşa baxıram. Oğlu "Maserati” ilə avtoşluq edəndə deyirdi ki, biz zəhmətkeş insanlarıq. İndi sizə təqdim etdiyim sənədlərə baxın”.

Jurnalist Cavanşir Həsənli araşdırıb ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunan sübutlar deputatın mətbuata və ictimaiyyətə yalan dediyini təsdiq edir.

Mahir Aslanov ötən il mayın 16-da Naftalanın Şirvan prospekti 4 C ünvanında ümumi sahəsi 10 min kvadrat metrdən artıq 7 mərtəbəli müalicə-sağlamlıq mərkəzinin tikintisinə öz adına icazə alıb. Naftalanda deputatın daha bir müalicə sağlamlıq mərkəzi də var, Kəpəz sanatoriyası.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunan digər bir sənədə görə Mahir Aslanov öz adına 2017-ci il iyulun 18-də Xətai rayonu Nobel prospekti 9 ünvanında 7 mərtəbəli, mansardı olan ofis binasının tikintisinə icazə alıb.

Yeri gəlmişkən oğlu Məhəmmədəli Aslanov Xətai rayonu İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır.

Amma deputat orada ofis yox, otel tikdirib. İndi həmin ünvanda 95 saylı seçki dairəsi adından şəxsi biznesini təmsil edən Mahir Aslanovun ümumi sahəsi 2249.1 kv.m. olan "Nobel” oteli fəaliyyət göstərir.

Bundan əvvəl isə mətbuat yazıb ki, Bakıdakı HAPPY İNN HOTEL və Kəpəz mebel salonları da deputata məxsusdur. Niyə HAPPY İNN? Çünki deputatımız xalqın əvəzinə çox xoşbəxtdir, mandat, otellər, istirahət mərkəzləri, sərhəd tanımayan biznes, deklarasiyasız sərvət…

Bir də deputatımızın səsi Avropadan, konkret desək Rumıniyadan gəlir. Buxarestdə 17 ildən bəri fəaliyyət göstərən NİCO KAPAZ SRL şirkətinin sahibidir.

Xatırladaq ki, 2015-ci ilin yanvar ayında avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı "Maserati” markalı bahalı avtomobil cərimə meydançasına aparılıb. Məlum olub ki, belə dəbdəbəli avtomobillə "avtoşluq” edən sürücü Famil Mahir oğlu Aslanovdur.

Millət vəkilinin otelləri üzə çıxdı -
Millət vəkilinin otelləri üzə çıxdı -
Millət vəkilinin otelləri üzə çıxdı -
Millət vəkilinin otelləri üzə çıxdı -
Millət vəkilinin otelləri üzə çıxdı -





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı -

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş –

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə rəsmi münasibət-VİDEO

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur