Bu gün bəzi yerlərdə qaz olmayacaq


Bu gün bəzi yerlərdə qaz olmayacaq


Bu gün Bakının bəzi yerlərində və Beyləqan rayonunun mərkəzində qaz fasilələrlə veriləcək.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, orta təzyiqli qaz xətlərində sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan etibarən Sabunçu rayonu, Maştağa qəsəbəsində, saat 12:00-dan etibarən Binəqədi rayonunun bir hissəsi və bir neçə sənaye müəssisəsində, həmçinin saat 14:00-dan etibarən Beyləqan rayonunun mərkəzində təbii qazın təchizatı dayandırılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu