İqbal Məmmədovun Türkiyədə də şirkəti var- həbs olunan qardaşı oğlunun adınadır


İqbal Məmmədovun Türkiyədə də şirkəti var-



"Relaks" qalmaqalı ilə gündəmdə olan deputat İqbal Məmmədovla bağlı daha bir məlumat yayılıb.

AFN-in xəbərinə görə, araşdırmaçı jurnalist Cavanşir Həsənli deputatın Türkiyədə də şirkətinin olması haqda məlumat paylaşıb. Məlumatda bildirilir ki, hüquqi ünvanı Ankara Çankaya Mustafa Kemal Mah. 2139 Cad. 2/1 olan "ENENPI ENERJI INSAAT ITHALAT VE IHRACAT SANAYI VE TICARET ANONIM" şirkəti İ.Məmmədovun "Lebro" broyler şirkətinin rəsmi təmsilçisi olan, "Relax"dakı son hadisə ilə bağlı həbs olunan qardaşı oğlu Orxan Nərimanlının adına rəsmiləşdirilib.
2016-cı ilin martında təsis edilən şirkət Ankara Ticaret Odasında qeydiyyatdan keçirilib və günəş enerjisi sistemləri sektorunda fəaliyyət göstərir. Yəni Almaniyadan günəş panelləri alıb quraşdırır və enerjinin satışını həyata keçirir. Deputatın bu şirkətdəki şəriki Hüseyin Serin adlı türk iş adamıdır. Şirkətin İzmirdə Bornova Kazım Dirik Mah. Sanayi Cad. No:33/110 ünvanında da ofisi var.

İqbal Məmmədovun Türkiyədə də şirkəti var-
İqbal Məmmədovun Türkiyədə də şirkəti var-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu