Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT


Ağdaşın icra başçısının sərvəti açıqlandı-


"Tofiq İbrahimov icra başçısı təyin olunduqdan sonra rayon sakinlərinin günü göy əskiyə bükülüb. Var-dövlət toplamaqdan gözü doymayan icra başçısı Ağdaşa rəhbər təyin olunduqdan sonra sərvəti o qədər artıb ki, sayı-hesabı bilinmir. Tofiq İbrahimovun başı ancaq var-dövlət yığmağa, biznes qurmağa qarşıdığı üçün rayon baxımsız qalıb".

Bu iddia bir qrup Ağdaş rayon sakini tərəfindən AFN-ə ünvanlanan müraciətdə əksini tapıb. Sakinlərin sözlərinə görə, rayonun o kəndi yoxdur ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın: "Örüş yerləri zəbt olunub, qanunsuz olarq əkin işləri aparılıb. Hansı ki, qanuna əsasən örüş yerlərini təyinatı dəyişmədən əkmək olmaz".
Şikayətçilər Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun qanunsuz yolla əldə etdiyi sərvətlərinin siyahısını da saytımıza təqdim ediblər:
Ağdaşın Dəhnə kəndində 2000 başlıq camış ferması və 200 hektar torpaq sahəsi, həmin kənddə 10 hekrat meyvə bağı, Şor Dəhnə kəndində 31 hektar meyvə bağı, Şəmsabad kəndində 200 hektar yonca sahəsi, Tofiqi kəndində 250 hektar arpa sahəsi, balıq gölləri, Mürsəl kəndində 200 hektar çəltik sahəsi, Türyançayın Ağdaş ərazindən keçən hissəsində 4 yerdə daş-qum-çınqıl karxanası, rayonun Zeynəddin kəndində hər həftənin 6-cı günləri işləyən mal bazarı, rayon mərkəzində 2 yerdə böyük tikinti materialları ticarət mərkəzi, 80 ədəd böyük yük avtomobili, Ağdaş şəhərində 2 yerdə möhtəşəm villa, Bakı şəhərində 21 yerdə villa və mənzillər, Qəbələ rayonunda isə 3 villa, 1 şadlıq evi, 3 restoran, 1 Yanacaq Doldurma Məntəqəsi, 2 İstirahət güşəsi, 100 hektar fındıq bağları, ən əsası isə övladlarının adına sənədləşdilimiş Londonda mülklər, Türkiyədə otel, villalar və mənzillər.
Sakinlər bildirirlər ki, Tofiq İbrahimov özü qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, rayonda sahibkarlara, fermerlərə qənim kəsilib: "Onlara haqq kəsib, verməyən sərt şəkildə cəzalandırılır. Hansı kənddə Tofiq İbrahimova məxsus ferma, əkin sahəsi və bağlar varsa həmin kəndlərin camaatı zəlil olub. Su üzünə, örüş üzünə həsrət qalıblar. Kənd sakinlərinə verilən suvarma suyu ancaq onun sahələrinə aparılır. Örüş yerləri zəbt olunub deyə mal-qaramız örüşsüz qalıb. Ağdaşda bələdiyyələrin, icra nümayəndələrinin və idarə müdirlərinin işi ancaq Tofiq İbrahimovun biznesini idarə etmək, ona haqq yığmadır". Şikayətçilər iddia edirlər ki, T.İbrahimov gələnə kimi rayonda vəziyyət daha yaxşı olub, sakinlər daha yaxşı dolanıb.
Məsələ ilə bağlı Ağdaş RİH-dən mövqe almaq istəsək də, cəhdimiz boşa çıxdı. Belə ki, icra hakimiyyətində telefona cavab verən şəxs bizdən mətbuat xidmətində(?) qeydiyyatımız olub-olmadığını soruşdu. Ona "mətbuat xidmətləri dövlət qurumlarında olur, jurnalistlərin suallarını cavablandırmaq üçün" desək də, həmin şəxs telefon nömrəmizi, adımızı götürüb bizi araşdıracağını, sonra sualımıza cavab veriləcəyini dedi. Gün ərzində qarşı tərəfdən cavab gəlməsə də, RİH-in mövqeyini dərc etməyə hazırıq.

Ağdaş rayon sakinləri

1.Əliyev Fazil Sabir oğlu
2.Qarayev Vüqar Tələt oğlu
3.Bəxtiyarov Elşən Nemət oğlu
4.Quliyeva Bahar Nəsib qızı
5.Kamilov Böyükağa Bilal oğlu
6.Osmanova Gülna Kərəm qızı
7.Nəbiyev Solmaz Xəlil qızı
8.Babayeva Sevil Cümşüd qızı
9.Umudov Böyükxanım Məmməd qəzə
10.Əliyev Həsən Hüseyn oğlu
11.Adıgözəlov Nəriman Mirzə oğlu
12.İbrahimov Seyfi Tehran oğlu
13. Əliyev Yaqub Məlik oğlu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu