Vilayət Eyvazov icra başçısının oğluna vəzifə verdi


Vilayət Eyvazov icra başçısının oğluna vəzifə verdi


Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi olub.

AFN bakupost.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Elvin Alıyev əvvəllər Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Qeyd edək ki, Elvin Alıyev Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğludur.

Vilayət Eyvazov icra başçısının oğluna vəzifə verdi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu