MSK Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verdi


MSK Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verdi


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.



MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu