Ramin Quluzadə Fransanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb


Ramin Quluzadə Fransanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb


Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Zakari Qross arasında görüş keçirilib.



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə iki ölkə arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin “Bakutel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Fransanın texnologiya şirkətlərinin məhsul və həllərinin nümayiş olunacağı Fransa Milli Pavilyonunun təşkili məsələsi müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu