Pərviz Şahbazov Banqladeşin Energetika və Mineral Ehtiyatlar üzrə dövlət nazirini qəbul edib


Pərviz Şahbazov Banqladeşin Energetika və Mineral Ehtiyatlar üzrə dövlət nazirini qəbul edib


Energetika naziri Pərviz Şahbazov ilə Beynəlxalq Enerji Xartiyası Forumu çərçivəsində Bakıda səfərdə olan Banqladeşin Energetika və Mineral Ehtiyatlar üzrə dövlət naziri Nasrul Hamid arasında görüş keçirilib. Görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə də enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Enerji Xartiyası çərçivəsində əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafı üçün imkanlar yaratdığını qeyd edən nazir gələn il Beynəlxalq Enerji Xartiyası Konfransına Azərbaycanın sədrlik edəcəyini bildirib. Görüşdə enerji sahəsində əməkdaşlıqda SOCAR-ın mühüm rol oynadığı qeyd edilib. Banqladeşin neft-qaz yataqlarının işlənməsində SOCAR-ın təcrübəsindən istifadənin, həmçinin “SOCAR Trading S.A.” tərəfindən Banqladeş istiqamətində neft məhsullarının təchizatının davam etdirilməsinin əhəmiyyətindən bəhs edilib.



Energetika naziri Pərviz Şahbazov Azərbaycanın neft-qaz layihələri, elektrik enerjisi sektorunda inkişaf göstəriciləri ilə bağlı məlumatları, bərpa olunan enerji sahəsində potensial və hədəfləri diqqətə çatdırıb.

Banqladeşli nazir də öz növbəsində, ölkəsinin energetika sektorunda baş verən sürətli inkişaf prosesindən, qaz yataqlarının işlənilməsi, generasiya gücünün xüsusilə bərpa olunan enerji hesabına artırılması hədəflərindən danışıb. Azərbaycanın bərpa olunan enerji üzrə əməkdaşlıq etdiyi Səudiyyə Ərəbistanının “ACWA power” şirkəti ilə Banqladeşin də hazırda LNG infrastrukturunun yaradılması və günəş enerjisi layihələri üzrə əməkdaşlıq etdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu