İlqar Məmmədov karsdan buraxılıb


Real Hərakatının həbsdə olan lideri İlqar Məmmədov karserdən çıxarılıb.

Bu barədə vəkil Fuad Ağayev öz facebook səhifəsində yazıb.

Vəkil qeyd edib ki, o, İlqar Məmmədovla telefonla danışıb: "İlqar kamerada axtarış aparılmasına mane olduğu adı ilə karserə salınmışdı .

Bu gün səhər onu karserdən buraxıblar. İlqar tibbi müayinədən keçirildikdən sonra ümumi kameraya qaytarılıb".

Xatırladaq ki, İlqar Məmmədov 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşlarına görə 2013-cü il martın 17-də 7 il azadlıqdan məhrum edilib.(virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu