Mehriban Əliyevadan Milli Dirçəliş Günü təbriki


Mehriban Əliyevadan Milli Dirçəliş Günü təbriki


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə rəsmi "Instagram” səhifəsində paylaşım edib.



Qaynarinfo xəbər verir ki, paylaşımda deyilir: "Bu gün – 17 Noyabr – birlik və həmrəylik, Vətənə və milli dövlətçiliyə sədaqət kimi nəcib hissləri təcəssüm etdirən Milli Dirçəliş Günüdür. Bu bayram münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir soydaşımıza cansağlığı, sevgi və səadət arzulayıram! Qoy xalqımızın həmrəyliyi, dövlət müstəqilliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!”

https://www.instagram.com/p/B49FSHsAjtN/?utm_source=ig_web_options_share_sheet



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu